QARAQALPAQ

сущ. каракалпак (туьрк чӀаларин группадикай тир са халкь ва а халкьдикай тир кас).
QARAQABAQLIQ
QARAQALPAQCA
OBASTAN VİKİ
Qaraqalpaq
Qaraqalpaqlar – kompakt halda Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türkdilli xalqı. Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır. Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya almaya əsasən ölkədə yaşayan Qaraqalpakların sayı 504 301 nəfərdir və say baxımından onlar Özbəkistanda özbəklərdən, ruslardan, taciklərdən və qazaxlardan sonra beşinci xalqdır. Qaraqalpaqlar türk xalqlarının kiçik saylı qruplarından biri olmaqla uzun müddətdir ki, Orta Asiya ərazisində Sırdərya ilə Amudərya çaylarının hövzəsində yaşayırlar, lakin orada qaraqalpaqların sayı 350–400 mindən çox deyil. Qaraqalpaqıstanda əhalinin ümumi sayı isə son siyahıyaalmaya görə, təxminən 1,5 milyondur. Qaraqalpaqlar çox çətin, əzablı, məşəqqətli aqibət yaşayıblar. Ötən çağlarda qaraqalpaqlara müxtəlif xalqlar tərəfindən olan həmlələr onların sayının azalmasına, ata yurdundan kənar düşmələrinə səbəb olub. Bütün bu səbəblərdən qaraqalpaqların bir hissəsi Yayıq ətrafına, digəri İtil ətrafına, qalan qismi isə Orta Asiya və Ural ərazisindən kənarlaşaraq Əfqanıstana, Pakistana, İrana, Rusiyanın müxtəlif bölgələrinə yayılmışlar. "Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir.
Qaraqalpaq dili
Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir. Qaraqalpaq dili türk dillərinin qıpçaq yarımqrupuna daxildir (tatar dili, başqırd dili, qaraçay-balkar dili, qumuq dili, karaim dili, krımtatar dili, qazax dili, həştərxan-noqay dili, noqay dili). Noqay, qazax və qaraçay dilləri ilə birgə qıpçaq-noqay qoluna aid edilir. Leksik baxımdan daha çox qazax dilinə yaxın olsa da, ondan orfoqrafik baxımdan fərqlənir. Qaraqalpaq dilində təxminən 400 min nəfər danışır. Onlar əsasən Özbəkistanda yaşayırlar. Təxminən 2 min nəfər bu dildə danışan əhali Əfqanıstanda, daha az sayda isə Rusiyada, Qazaxıstanda, Türkiyədə yaşayır. Qaraqalpaq dilində Nukusda "Erkin Qaraqalpaqstan" qəzeti nəşr olunur. Dili əsas tənzimləyən qurum - Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutudur.
Qaraqalpaq mətbəxi
Qaraqalpak mətbəxi (Karakalp. Karakalpak askhanasy) - qaraqalpaqların ənənəvi mətbəxi, Mərkəzi Asiya xalqlarının: özbəklər, türkmənlər, qazaxlar, qırğızların kulinariya sənətlərinin elementləri olan orijinal milli mətbəxdir. Ət yeməklərinə mal əti, quzu, dəvə, at əti, dovşan və quş ətindən hazırlanmış yeməklər daxildir. Quzu və mal əti ən populyar olanlardır. Qaraqalpaqlar müsəlman olduqları üçün onlar donuz əti yemirlər. Birinci və ikinci yeməklərdə taxıl, maş lobya, buğda unu, darı, düyü, lobya, sorqo və digər dənli bitkilər ayrılmaz hissə və ya qarnitür kimi də istifadə olunur. Kartof və tərəvəz daha çox istehlak olunur. Əsas isti xörəklərdə üstünlüyü qızardılmış və bişirilmiş yeməklər təşkil edir. Ət və qaynadılmış xəmir xörəkləri geniş yayılmışdır. Qaraqalpaq mətbəxinin əsasını qızardılmış ətin qaynadılmış xəmirlə qarışığı təşkil edir.
Qaraqalpaq Muxtar Respublikası
Qaraqalpaqıstan (qaraqal. Qaraqalpaqstan; özb. Qoraqalpogʻiston) və ya rəsmi olaraq Qaraqalpaqıstan Respublikası (qaraqal. Qaraqalpaqstan Respublikası; özb. Qoraqalpogʻiston Respublikasi) – Özbəkistan Respublikasının tərkibində muxtar respublika. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub.
Qaraqalpaqca Vikipediya
Qaraqalpaqca Vikipediya — Vikipediyanın qaraqalpaq dilində olan bölməsi. 14 avqust 2014 — 1000 məqaləni yazıb. 21 dekabr 2014 — Elektronika Injenerligi 1500-ci məqalə. 4 sentyabr 2022 - 2000 məqaləni yazıb.
Qaraqalpaqlar
Qaraqalpaqlar – kompakt halda Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türkdilli xalqı. Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır. Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya almaya əsasən ölkədə yaşayan Qaraqalpakların sayı 504 301 nəfərdir və say baxımından onlar Özbəkistanda özbəklərdən, ruslardan, taciklərdən və qazaxlardan sonra beşinci xalqdır. Qaraqalpaqlar türk xalqlarının kiçik saylı qruplarından biri olmaqla uzun müddətdir ki, Orta Asiya ərazisində Sırdərya ilə Amudərya çaylarının hövzəsində yaşayırlar, lakin orada qaraqalpaqların sayı 350–400 mindən çox deyil. Qaraqalpaqıstanda əhalinin ümumi sayı isə son siyahıyaalmaya görə, təxminən 1,5 milyondur. Qaraqalpaqlar çox çətin, əzablı, məşəqqətli aqibət yaşayıblar. Ötən çağlarda qaraqalpaqlara müxtəlif xalqlar tərəfindən olan həmlələr onların sayının azalmasına, ata yurdundan kənar düşmələrinə səbəb olub. Bütün bu səbəblərdən qaraqalpaqların bir hissəsi Yayıq ətrafına, digəri İtil ətrafına, qalan qismi isə Orta Asiya və Ural ərazisindən kənarlaşaraq Əfqanıstana, Pakistana, İrana, Rusiyanın müxtəlif bölgələrinə yayılmışlar. "Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir.
Qaraqalpaqıstan
Qaraqalpaqıstan (qaraqal. Qaraqalpaqstan; özb. Qoraqalpogʻiston) və ya rəsmi olaraq Qaraqalpaqıstan Respublikası (qaraqal. Qaraqalpaqstan Respublikası; özb. Qoraqalpogʻiston Respublikasi) – Özbəkistan Respublikasının tərkibində muxtar respublika. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub.
Qaraqalpaqıstan Muxtar Sovet Sosialist Respublikası
Qaraqalpaqıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Qaraqalpaqıstan MSSR) — 1932–1936–cı illərdə RSFSR–in, 1936–1992–ci illərdə isə Özbəkistan SSR–in tərkibində mövcud olmuş muxtar respublika.
Qaraqalpaqıstan Muxtar Vilayəti
Qaraqalpaqıstan Muxtar Vilayəti (qısaca: Qaraqalpaqıstan MV) — 1925–1932–ci illərdə RSFSR–in tərkibində mövcud olmuş muxtar vilayət.
Qaraqalpaqıstan Respublikası
Qaraqalpaqıstan (qaraqal. Qaraqalpaqstan; özb. Qoraqalpogʻiston) və ya rəsmi olaraq Qaraqalpaqıstan Respublikası (qaraqal. Qaraqalpaqstan Respublikası; özb. Qoraqalpogʻiston Respublikasi) – Özbəkistan Respublikasının tərkibində muxtar respublika. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub.

Digər lüğətlərdə