QASTROSKOP

is. \[yun. γαζηήξ (qastros) "mədə", ζθνπέσ (skopeo) "baxıram"\] tib. Mədə boşluğunun müayinəsi üçün xüsusi endoskop.
QAÇIŞ
QASTROSKOPİYA
OBASTAN VİKİ
Qastroskopiya
Qastroskopiya ( EQDS, FEQDS, FQDS, fibroqastroskopiya) — qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir . Qastroskoplar sərt və əyilən ( yumşaq ) olmaqla iki qrupa bölünür. Əyilən qastroskoplar isə öz növbəsində fibroqastroskop və videoqastroskop olmaqla iki tipə ayrılır . Sərt qastroskoplardan artıq istifadə olunmadığından qastroskopiya deyərkən fibroqastroskopiya və ya videoqastroskopiya nəzərdə tutulur. Fibroqastroskoplar ilə müayinə zamanı görüntü okulyara ötürülür və həkim endoskopik təsviri birbaşa gözünü okulyara tutmaqla izləyir. Videoqastroskopla müayinə zamanı isə endoskopik təsvir elektron yolla monitora ötürülür . Qastroskopiya təcili və planlı oluna bilər . Təcili qastroskopiya adətən həzm traktının yuxarı şöbələrində qanaxma və yad cisimləri zamanı icra olunur. Bu zaman qastroskopiya nəinki diaqnostika , həm də müalicə məqsədi üçün ( yad cismin xaric olunması, qanaxmanın saxlanması ) icra edilə bilər. Planlı qastroskopiya isə qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və bəzən müalicəsi üçün icra olunur.

Digər lüğətlərdə