Qavılı
“Ət, soğan və ləpədən bişirilən bir az sulu xörək” mənasında Cəbrayıl şivəsində işlənir. – Axşama yaxşı qavılı pişirmişix. (1, 104)
“Qavılı” şivə sözü “qablı”nın fonetik variantıdır. Sözdə “b-v” samit əvəzlənməsi və ı sait artımı müşahidə edilir ki, bunlar da dialekt və şivələrimizdə qanunauyğun fonetik hadisələrdən hesab olunur.