Qatma

Qarabağ bölgəsində “müxtəlif göyərtilərlə düyünün qaynadılaraq bişirilmiş və qatıqla qatılaraq hazırlanan xörək” adıdır. Bu söz eyni zamanda Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qazax, Tərtər, Ordubad, Lənkəran, Biləsuvar, Tovuz dialekt və şivələrində iki mənada işlənir. 1. İp, kəndir; 2. Sap; - Dur, bir az qatma ver mənə (Kəlbəcər); - Zənbilin ağzını bağlamağa bir az qatma gətir. (Cəbrayıl); - Əli, bir əz qatma ver, kisəni bağlayım. (Lənkəran); - Bir qatma gəti bu səbətin üstünü bağlıyax, yolda açılmasın. (Tovuz); -Civimdə həmişə qatma gəzdirərdim. (Tərtər); - Qatma keçinin qəzilinnən olur. (Naxçıvan); Bir qatma ver bağleyem tejənin ağzına. (Qazax) (1, 122) Naxçıvan dialekt və şivələrində bu söz “qatmalı” şəklində işlənir.
Qatışbulaş
Qavılı

Digər lüğətlərdə