qaymaqçiçəkli

qaymaqçiçəkli
qaymaqçəkən
qaymaqçiçəklilər
OBASTAN VİKİ
Qaymaqçiçəkli üzgəcotu
Qаymаqçiçəkli üzgəcоtu - (lat.Trollius ranunculinus) Çoxillik, hündürlüyü 35 sm kimi olan, gövdəsi düz, sadə və ya budaqlı bitkidir. Gövdənin kökyanı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür. Kökyanı yarpaqları uzun saplaqlı, barmaqvari olaraq beş, uzunsov-rombvari, üçhissəli, dişli dilimlərə bölünmüşdür. Gövdə yarpaqları oturaqdır, yuxarıdakılar biri-birinə yaxınlaşaraq, sarğı kimi çiçəyi əhatəyə almışlar. Çiçəkləri tək-tək, iri, tünd sarı rəngdə, 5-10 dənə yumurtavari, uzunsov kasa yarpaqlarıdır. Nektarlıqları ləçəkvari, uzunsov-xətvari, qızılı-sarı rəngdədir. Çalovu düz və ya cüzi bayıra doğru əyilmiş buruncuqludur. Toxumları tünd qonurdur. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Rütubətli dağ çəmənlərində, rütubətli, otlu yamaclarda, qar əriyən yerlərdə bitir.
Qaymaqçiçəklilər
Qaymaqçiçəklilər (lat. Ranunculales) — i̇kiləpəlilər sinfinə aid bitki sırası.