QAYSAVA

Qaysı sözü küy (od, yandırmaq, qurutmaq) və -sa hissələrindən əmələ gəlib: istiyə verilmiş, qurumuş əriyə deyirlər. Ərik qurusunun yağda qızardılması qaysava adlanır (deyim də var: axmaq köpək qaysavadan pay umar). Bəzən ərik mürəbbəsinə də qaysava deyirlər. –va hissəsinin nə demək olduğunu aça bilmədim. Buna oxşar bir söz də qoysara kəlməsidir. İki mənası var:

1. “Səbət”.

2. “Qorda bişirilmiş qulançar”. Hər iki məna qabıq anlamı ilə bağlıdır: səbət ağac qabığından toxunur: qulançar boru kimi çıxarılmış qabağın içində qora basdırılır. “Dialektoloji lüğət”də oxuyuruq: “Höyüş budağın qabığını boru kimi çıxarıb, içinə qulançar doldurub bişiririk, ona qoysara deyirik” (Qazax). Birinci məna qabıq sözü ilə bağlıdır. 2-ci qoux (içi boş kisə) ilə əlaqədardır. Qoux –“kisə”dir, “ətə­nə”dir, qouxluq isə “ətənənin içində oda basdırılan”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAYSAQ
QAYTAN

Digər lüğətlərdə

бестари́фный мирое́дствовать по-бы́строму часто́тность ангело́чек перетёсывать пить брудершафт хорёк ad locum drowning fly man forbidden grab-all heliborne hummy promenade suit table-lifting unutterable дымный избаловаться микроскопия надчерепной оскорбительница придвигать