QAZAQ

сущ. 1. кил. казак; 2. пачагьдин Россияда: казах (кьилди миях кьушунда авай кас, аскер).
QAZAXCA
QAZAQBAŞI
OBASTAN VİKİ
İrçi Qazaq
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır. Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır.
Qazaq xan Çərkəz
Qazaq xan Çərkəz — Şirvan (1624-1633) və Astrabad (1639-1640) qubernatoru (bəylərbəyi) vəzifələrini icra edən çərkəz əsilli Səfəvi hərbi komandiri. Qulam hərbi korpusunun yüksək rütbəli üzvü, o dövrün hökmdarı I Şah Abbas (r. 1588–1629) tərəfindən qızılbaş siyasi təsirini azaltmaq üçün Qaramanlı və Kenesli Qızılbaş qoşunlarının başçısı təyin edildi. 1632-ci ildə I Şah Səfiin (1629-42) qanlı təmizlənməsi zamanı qohumu, görkəmli çərkəz sərkərdəsi qapıqulu (saray məmuru) Yusif ağa öldürüldü, Qazaq xan Çərkəz isə 1633-cü ildə vəzifəsindən xaric olundu və həbs edildi. Yenə də son olaraq siyasi səhnəyə qayıtdı. 1639-cu ildə yeni bir qubernatorluq verildiyi zaman Şah Səfinin hakimiyyəti illərində oğlu Nəcəfqulu xandə bir sıra nüfuzlu vəzifələrə sahib olacaqdı. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 286.
Qazaq xan Şamlı
Qazaq xan Şamlı (XV əsr – 1618) — Səfəvi dövlətinin hərbi və siyasi rəhbəri, Məruçak hökmdarı. Qazaq xan Həsən xan Şamlının oğullarının ən böyüyü idi və atasının sağlığında vəfat etmişdir. O, Məruçakın hakimi olmuş və 1618-ci ildə narazı çağataylar tərəfindən yatdığı yerdə öldürülmüşdür.

Digər lüğətlərdə