– Can qurban eyləsən, layıqdı, layıq; Bir yar ki, mətləbi tez qanan ola; İşarətlə, qaş-göz ilə anlaya; Nəinki deməklə söz qanan ola.
□ Qaş-göz atmaq (oynatmaq), qaş-gözlə danışmaq – nazqəmzə etmək.
Qaş-gözün atanda ciyər qan olur; Zülf sevəndə nə din, nə iman olur.
Danışdı qaş-göz ilə, hər ötən naəhl ilə zalim; Şikəstə Zakiri gördükcə ox çəkdi, kaman tutdu.
Qaş-göz eləmək – qaşlarını və gözlərini oynatmaqla işarə etmək, bir şey bildirmək.
Səməd üzünü Məşədi Heydərə tutub qaş-göz elədi.
Qaşla göz arasında – bir anda, göz yumub açınca. Qaşla göz arasında evə gedib qayıtdı. Qaşla göz arasında yox oldu.