1. Məhşər günü.
2. Müsibət, fəlakət, bəla.
3. Gurultu, patıltı, səs-küy, mərəkə. (“Koroğlu” dastanının lüğəti)
İki bəylər bir arada durmasın,
Aşığı ağladan dəxi gülməsin,
Bu qisasdır, qiyamətə qalmasın,
Mən dəlini tutan günlər necə oldu?
(“El şairləri”)
*
Şəhərin meydanında bunları əzab-əziyyətlə öldürüb Koroğlunun ürəyinə elə bir dağ çəkək ki, qiyamətə qədər yadından çıxmasın. (Paris nüsxəsi, 9-cu məclis)
*
Bir qiyamət qopurdu ki, lap ərəsət-məhşər. (“Koroğlunun İstanbul səfəri”)
*
Qoşun şahin görmüş toyuq-cücə kimi pərən-pərən düşdü. ”Vay ana!” deyən kim, ağlayan kim, yalvaran kim. Bir qiyamət qopdu ki, nə təhər. (“Koroğlu ilə Bolu bəy”)