QLİSERİN

1. глицерин; 2. глицериновый;
QİYYƏ
QOBU
OBASTAN VİKİ
Qliserin
Qliserin - (propantriol – 1, 2, 3) üçatomlu spirtlərin ən sadə nümunəsidir. Qliserin şəffaf qatı mayedir, su ilə hər cür nisbətdə qarışır, o yüksək hidroskopikliyə malikdir və havadan 40%-dək su udur, Məlumdur ki, təbii piylər və yağlar mürəkkəb efirlərdən, yüksək doymuş və doymamış turşulardan ibarətdir. Əsasən bunlar palmetin-, steorin- və olein turşularıdır. Piylərin sabunlaşması adətən müxtəlif katalizatorların (turşu, qələvi, enzimlər) təsiri altında aparılır, bununla belə piylər qliserinə və piyli turşulara parçalanmırlar. Qliserin qələvi mühitində allil spirtinin KMnO4 iştirakı ilə oksidləşmə yolu ilə alına bilər. Müasir zamanda sənayedə sintetik qliserin əsasən propilendən (neft emalı zamanı qazlardan çıxarılan propilen əsasında) istehsal olunur. Alınma üsulu 4 mərhələdən ibarətdir: Propilenin xlorlaşdırılması 500C-də: Allilxloridin allil spirtinə sabunlaşdırılması: Xlorit turşusunun elementlərinin birləşdirilməsi: Qliserinin xlorhidrinlərinin sabunlaşdırılması: Qliserin allil spirtinin qələvi mühitində ehtiyatlı oksidləşməsi yolu ilə də alına bilər. Qliserinin kimyəvi xassələri onun tərkibində üç hidroksil qrupu olmalarına görə, üç sıra törəmə verə bilər, bununla belə mono- və di törəmələri iki struktur- isomer şəklində mövcud ola bilər. Qliserin üç sıra metal törəmələri verə bilər – məsələn, qurğuşun oksidi. Bu , odeməkdir ki, qliserinin turşuluğu bir atomlu spirtlərin turşuluğundan daha yüksəkdir.
Qliserin turşusu
Qliserin turşusu – şəkər turşusu, qliserinin oksidləşməsi nəticəsində əmələ gələn üzvi karbon turşusudur. Qliserin turşusunun duzları və efirlərinə qliseratlar deyilir. Qliserin turşusunun bəzi fosfat törəmələri, məsələn, 2-fosfoqliserin turşusu, 3-fosfoqliserin turşusu, 1,3-bisfosfoqliserin turşusu və 2,3-bisfosfoqliserin turşusu, glikolizdə və digər metabolik yollarda ara maddələrdir [1]. 3-fosfogliserin turşusu, serin (Ser, S) amin turşusunun biosintezində vacib bir molekuldur və bu da öz növbəsində sistein (Cys, C) və glisin (Gly, G) biosintezində istifadə oluna bilər. Reece, Jane B. Biology (неопр.). — 8th. - San Francisco, CA: Pearson, 2009. - С.168 - 169. - ISBN 978-0-8053-6844-4.

Digər lüğətlərdə