Qovut

Qovurğanı kirkirədə üyüdüb onu doşabla ovurlar. Sonra əl içi boyda sıxıb dürmək formasına salınır və yeməyə də belə verilir. Daha çox Naxçıvan dialektində işlənir. “Qovut” sözü Mahmud Kaşğarinin “Lüğət”ində “kağut” formasında qeydə alınmış və “darıdan düzəldilən yemək” mənasında izah edilmişdir. Mahmud Kaşğar bu yeməyin hazırlanma reseptini belə vermişdir: darı qaynadılır, qurudulur, sonra döyülərək un halına salınır. Yağlı və şəkərlə qarışdırılıb halva kimi bişirilir və yeni doğmuş qadınlara verilən bir yemək olur (8, 404)
Qovurma
Qoymalı
OBASTAN VİKİ
Qovut
Qovut — Azərbaycanın milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Əsasən qış ayları hazırlanır. Xüsusi ilə səhər yeməyində yeyilir. Qovut hazırlamaq üçün buğda yaxşıca (sacda) qovrulur. Qovurğa hazırlanır. Hazırlanmış qovurğa isti-isti əl dəyirmanı və ya həvəngdəstə ilə üyüdülür. Kərə yağı əridilir, isti su və ya süd əlavə edilir. Bunun üzərinə hazırlanan qovut qatılır. Nəticədə qatı və qəhvə rəngli kütlə alınır. Qovutun üzərinə şəkər tozu və ya bal, duz qatılır.

Digər lüğətlərdə