Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolxida stafulası (qönçəlisi)
== Ümumi yayılması: == Gürcüstаnda və Türkiyədə təbii şəraitdə yаyılmışdır. == Azərbaycanda yаyılmаsı: == Bаlаkən rаyоnu ərаzisində, Quruçаy hövzəsində, Cüncüllü tахtа аdlı yеrdə rаs gəlinir. == Stаtusu: == Аzərbаycаnın nаdir bitkisidir. CR B2b(i,ii,iii). == Bitdiyi yеr: == Aşağı və orta dağ qurşağında, meşəliklərdə, kölgəli yerlərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Kоlхidа qönçəlisi (stаfulаsı) təbiətdə 4 m-ə qədər hündürlükdə olan kоl və yа аğаcdır. Yаrpаqlаrı qаrşı-qаrşıyа düzülərək təklələkvаrıdır. Yаrpаqlаrın kənаrlаrı mişаrdişlidir. Çiçəkləri uzunsоv süpürgə çiçək qrupundа tоplаnmışdır.
Qönçəbəyim
Qönçəbəyim və ya Qönçəbəyim Naxçıvanski (təqr. 1827, Naxçıvan, Naxçıvan xanlığı -?) — Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsi. Naxçıvanın sonuncu xanı olan Ehsan xanın qızıdır. == Həyat və yaradıcılığı == "Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1827 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şeir həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü.
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. == Dizaynı və sürprizi == Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.
Abbas Göyçə
Abbas Göyçə (türk. Abbas Gökçe; 1927, Qars, Qars ili – 20 dekabr 2014, Qars, Qars ili) — İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri == Həyatı == Abbas Göyçə 1927-ci ildə Qarsın Arpaçay ilçəsinin Meydancıq kəndində anadan olub. Ayvazoğlu Hacının nəvəsi və Qars tacirlərindən olan Əthəm Göyçənin oğludur. Bunlar əslən Qərbi Azərbaycanın Göyçə mahalının Kəvər rayonunun Abbasgölü kəndindəndirlər. Abbas Göyçə orta və lisey təhsilini Qarsda, ali təhsilini Ankara Universitetinin hüquq fakültəsində almış, 1954-cü ildə universiteti bitirmişdir. 1954–1959-cu illərdə hüquqşünas kimi çalışmışdır. 1959–1965-ci illərdə Erçis və Onyedə məhkəmə hakimi, 1965-ci ildən Daniştayda yardımçı və baş yardımçı vəzifələri tutmuş, 1981-ci ildə Qarsdan millət vəkili seçilmişdir. Türkiyə Böyük Millət Məclisində Anayasa komissiyasının üzvü olmuşdur. Hüquq nəzəriyyəsinə dair bir sıra elmi əsərlərin müəllifidir. Türkiyə ictimaiyyəti Abbas Göyçəni həm də ünlü şair kimi tanıyır.20 dekabr 2014-cü ildə Türkiyədə müalicə olunduğu özəl xəstəxanada 87 yaşında vəfat etmişdir.
Alçalı (Göyçə)
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Ağbulaq (Göyçə)
Ağbulaq — Göyçə mahalında kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir. Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir. Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı.
Ağdağ (Göyçə)
Ağdağ — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. == Toponimkası == Oronim qədim Azərbaycan dilində "uca, hündür" mənasını bildirən ağ sözü ilə "düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik" mənasında işlənən dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.
Ağkilsə (Göyçə)
Ağkilsə — Göyçə mahalında kənd. 1728-ci ilin məlumatına görə Ağkilsə kəndi Irəvаn хаnlığına daxil idi. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 16 km. məsаfədə yеrləşir. 3 yаnvаr 1975-ci ildə kəndin adı Azad qoyulmuşdur. == Tarixi == Ağkilsə kəndinin yaranma tarixi XVI əsrin əvvəlinə (1610) təsadüf edir. Kəndin bünövrəsi Cənubi Arərbaycanın Ərdəbil və Sulduz əyalətlərindən Göyçə mahalına gələn Məşədi Xavərlilər tayfasından olan dörd qardaşlar tərəfindən salınmışdır. Qardaşlar Göyçə mahalının ozan (aşıq) məktəbinin banilərindən biri olan Aşıq Ələsgərin təmsil etdiyi Alməmmədlilər tayfasının sakinləri ilə xala oğludurlar. Məşədi Xavərlilər Cənubi Azərbaycan xanları ilə aralarında olan uzun müddətli çəkişmələrə tab gətirə bilmədiklərinə görə, Göyçə mahalına gələrək, indiki Ağkilsə kəndində III-V əsrlərdə yaşamış albanların tarixindən bəhs edən Ağkilsəni özlərinə yaşayış yeri seçərək orda məskunlaşıb yaşamışlar. Kəndin ilk adının Ağkilsə adlandırılması da oradan yaranmışdır.
Ağqala (Göyçə)
Ağqala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Ağyoxuş (Göyçə)
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. == Tarixi == 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Ağzıbir (Göyçə)
Ağzıbir — Göyçə mahalının Kəvər rayonunda kənd. == Tarixi == Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır. Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dеkаbr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Аcаp") qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Başkənd (Göyçə)
Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır. Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.
Cil (Göyçə)
Jil — Sevan mahalında Çəmbərək rayonunda (Çəmbərək rayonundan Sevan mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Krasnoselo rayonunu Vardenis rayonundan ayıran birinci kənd. Tarixi mənbələrə görə XII əsrdə bina edilmişdir. Jil – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Sevan gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. F.Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir. İndiki Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Vardenis rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. "Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü", Naxçıvan dialektində "ağacın kökü" mənasında işlənir.
DAŞKƏND GÖYÇƏ
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd (Göyçə)
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Dəlikdaş (Göyçə)
Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur == Toponimi == Toponim "dərin, dar çuxur", "mağara" mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır. == Əhalisi == 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Gökçə Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Gölkənd (Göyçə)
Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır.
Göyçə gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Gəncə
Gəncə (1935-1989: Kirovabad) ( tələffüzü) — Azərbaycan Respublikasının ikinci böyük şəhəri. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir. === Gerbi === Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur.
Gəncə qalası (Köhnə Gəncə)
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır. Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu.
Avtozavod (Gəncə)
Avtozavod — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Bağbanlar (Gəncə)
Bağbanlar — Gəncə şəhərində yaşayış sahəsi.
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Göycə sultan
Göyçə Sultan (fars. گویجه سلطان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 803 nəfər yaşayır (183 ailə).
Göygöl (Gəncə)
Göygöl — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Qərçə
Qərçə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Döngə (Vərziqan)
Döngə (fars. دنگاه‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).
Gökçə Akyıldız
Gökçə Akyıldız (30 oktyabr 1992) — Türk aktrisa. == Həyatı == Gökçə Akyıldız, 30 oktyabr 1992-ci ildə Sinopda anadan olmuşdur. Haliç Universiteti məzunudur. İlk olaraq "Bir Tutam Baharat" adlı filmdə Saime’yi canlandırmışdır. == Şəxsi həyatı == 2017-ci ilin iyul ayında Mustafa Özyurt ilə evlənmiş, 2020-ci ilin avqust ayında isə boşanmışdır.
Göyçə mahalı
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Göyçə nahiyəsi
Göyçə nahiyəsi — 1728 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin İrəvan livası nahiyəsi == Kəndləri == Ağkilsə (Göyçə) Böyük Ördək (Göycə) Dəliqardaş Altuntaxt kənd Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87]. Heyvalı - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55]. Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir. Makenik - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
Göyçə yarımadası
Göyçə yarımadası Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisində) Göyçə gölünün şimal-qərbində yerləşir. Suyun səviyəsinin enməsinə qədər yarımada ada olmuşdur. Yarımada tarixi Yeni Bəyazid qəzasının ərazisində yerləşir. Sonrada ərazidə Göyçə mahalı təşkil edilmişdir (Bu zaman yarımada Göyçə yaronu ərasisinə daxil idi). Hal-hazırda rusların ərazini işğalından sonra inşa etdikləri Sevanavank monastrı fəaliyyət göstərir. Üstəlik ermənistan prezidentinin iqamətgahlarından biri ərazidə yerləşir. Burada helikopterlərin sərbəst enməsi uçun meydançada mövçuddur. Yarımadada sahəsi 1,47 h təşkil edən çimərlik salınır. Yarımadanın sahəsi 0,95 km² təşkil etsə də, suyun səviyəsinin ilbəil qalxması ərazisini kiçildir.
Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.