qozdəstə 2021
qozkimilər
OBASTAN VİKİ
Qozkimilər
Qozkimilər (lat. Juglandaceae) – İkiləpəlilər sinfinə aid fəsilə. Bu fəsiləyə aid 8 cinsin 50 növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı halda bitən və becərilən qozlar adi qoz növünə aiddir. Orta Asiya və Qafqazda yabanı formada bitir. Uzaq Şərqdə isə Mancuriya qozu yayılmışdır. Çox qədim zamanlardan Azərbaycanda böyük qoz sahələri Şəki-Zaqatala və Quba-Xaçmaz zonalarındadır. Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın, Kəlbəcərdə və Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara təsadüf edilir.