qranit
qranitləmə
OBASTAN VİKİ
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir.2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer)-materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.