QRAVİTASİONSEYSMOTEKTONİK HADİSƏLƏR

qravitasion-seysmotektonik morfostrukturaların əmələgəlməsi ilə müşayiət olunan və qravitasiya proseslərinin gücləndirildiyi hərəkətlər. гравитационно-сейсмотектонические явления gravity-seismotectonic phenomena
QRAVİTASİON YAMAC
QRAVİTASİYA
OBASTAN VİKİ
Hadisələr
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Fiziki hadisələr
Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir. Fiziki hadisələr 7 qrupa bölünür: mexaniki işıq elektrik maqnit səs istilik atom Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər. İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının yaranma, işığın yanması, günəş işığının şüşəyə yansıması və s.
Buludlarda optik hadisələr
Buludlarda optik hadisələr — Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr-göy qurşağı, halo, taclar, buludların qloriya və irizasiyası və s. meydana gəlir. == Göy qurşağı == Bu böyük bir rəngarəng qövs olan bir hadisədir .Onun xarici hissəsi qırmızı rəngə boyanıb və 42° radiusa malikdir.Daxili hissəsi bənövşəyidir.Onlar ara sında dalğa uzunluğa müvafiq olaraq narıncı,sarı, yaşıl, mavi və göy rəng yerləşir.Əsas göy qurşağının xarici tərəfində tez–tez rəngləri əksinə yerləşən ikinci göy qurşağıda müşahidə olunur.Dağlarda və ya uçuş hündürlüklərindən müşahidələrdə bəzən göy qurşağını demək olar ki,tam dairə şəklində müşahidə etmək mümkün olur.Göy qurşağı günəşin qarşı tərəfində bulud olduqda və yağış düşdükdə meydana gəlir.Onun yaranması günəş işığı yağış damcılarından keçən zaman onun ayrı–ayrı şüalara parçalanması ilə əlaqədardır.Göy qurşağında rənglərin inkişafının intevsivliyi və eləcə də müvafiq zolaqların eni müxtəlif olurlar və su damcılarının ölçülərindən asılıdır.Damcıların ölçülməsi nə qədər böyükdürsə bir o qədər göy qurşağı parlaq və dardır.Əksinə, damcıların ölçüləri nə qədər böyükdürsə,bir o qədər göy qurşağı çox geniş və tutqundur. Göy qurşağı adətən elə yağışda müşahidə edilir ki,orada damcılar bərabər və bir-birini əvəz etməklə işıq təəssüratını yeniləşdirməklə düşür.Parlaq göy qurşaqları olduqca tez-tez topa-yağış buludlarından düşən iri damcılı leysan yağışlarında müşahidə edilir .Göy qurşağı nəinki düz günəş şüalarından, həmçinin əks olunan şüalardan da meydana gələ bilər.Bu hallarda bir neçə göy qurşağı qövsünü müşahidə etmək olar. Həm də onların bəziləri qeyri-adi tərsinə alt-üst görünür.Bu cür hadisələri dəniz,körfəzlərin, böyük çayların və göllərin sahilində müşahidə etmək olar.Çox zəif göy qurşağını bəzən gecə yağışdan sonra bulud arxasından ay göründükdə də müşahidə etmək olar. == Halo == Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür.Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir.Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.Çox vaxt halo 22° ən azı isə 45°radiuslu işıqlı dairə adətən ayrı-ayrı qövslər şəklində müşahidə edilir. == Taclar == Günəş və ya ay tez-tez taclar adı daşıyan parlaq üzüklərlə əhatə olunur.Onıar bilavasitə işıq mənbəyinin diskinə bitişirlər və daxildəki göydən xaricindəki qırmızıya qədər bir-birini əvəz edən rəngli dairələr şəklində təqdim edirlər.Taclar nazik yüksək topa buludlarla müşahidə olunur və buludların su damcıları və ya çox kiçik kristallar tərəfindən işığın difraksiyası tərəfindən meydana gəlir.Difraksiyanın mahiyyəti isə ondan ibarətdir ki, işıq kiçik kristallar tərəfindən işığın difraksiyası nəticəsində meydana gəlirlər. == Qloriya == Hər hansı bir obyektin kölgə ətrafında bulud silsilələrində tacdır.Bu hadisə xüsusilə, çox vaxt laylı-topa və ya laylı buludların üzərində uçan təyyarənin kölgəsi ətrafında müşahidə olunur.Bu halda qloriyanın olması həmişə onu göstərir ki, buludlar su damcılarından ibarətdir və əgər buludlarda temperatur mənfidirsə, onda buludda təyyarənin buz bağlamasını gözləmək olar.Həm də parlaq dairə buludlarda çox kiçik soyumuş dalğaların olduğunu göstərir.Ona görə də buzlaşma zəif intensivlik ola bilər. == İrizasiya == Yüksək-topa və ya laylı-topa buludlar günəşdən 30°və daha böyük məsafədə olduqda onların kənarlarında əlvan rənglərdə özünü göstərir.Bu hadisə bulud elementlərinin çox kiçik və bircinsli olduğunu göstərir.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.