QRENA

сущ. грена (яйца бабочки шелкопряда, из которых шелководы выводят гусениц, дающих шёлковичные коконы)
QREQARİNLƏR
QRENADER
OBASTAN VİKİ
Azərbaycan–Sent-Vinsent və Qrenadin münasibətləri
Azərbaycan–Sent-Vinsent və Qrenadin münasibətləri — Azərbaycan Respublikası ilə Sent-Vinsent və Qrenadin arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2003-cü ilin may ayının 23-də qurulmuşdur.
Azərbaycan–Seynt Vinsent və Qrenadin münasibətləri
Azərbaycan–Sent-Vinsent və Qrenadin münasibətləri — Azərbaycan Respublikası ilə Sent-Vinsent və Qrenadin arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2003-cü ilin may ayının 23-də qurulmuşdur.
Barbados 4-2 Qrenada (1994)
Barbados 4-2 Qrenada oyunu – 27 yanvar 1994-cü ildə Karib Kubokunun seçmə mərhələsi çərçivəsində A qrupunda baş tutmuş oyun. Turnirdə istifadə olunan qeyri-adi qol sistemi və komandaların qrupdakı mövqeləri, oyunun sonlarında əvvəlcə Barbados millisinin, sonra isə Qrenada millisinin öz qapısına qol vurmağa cəhd etməsinə gətirib çıxarmışdır. Nəticə "futbol tarixinin ən qəribə oyunu" kimi tanınmışdır. Turnirin təşkilatçıları reqlamentdə yeni dəyişiklik etmişdilər. Qrupda hər bir oyunun heç-heçə başa çatması halında əlavə vaxt oynanılacaqdı. Əlavə vaxtda vurulan qızıl qol isə 1 qol yox, 2 qol kimi sayılacaqdı. Barbados millisinin növbəti mərhələyə keçməsi üçün 2 qol fərqi ilə qalib gəlməsi lazım idi. Oyunun sonlarında 2-1 hesabı ilə öndə olan Barbados oyunu əlavə vaxta daşıyıb 2 qol qaydasından yararlanmaq üçün öz qapısına qol vurmuşdur. Həm bir qol fərqi ilə məğlubiyyət (2-3), həm də qələbə (3-2) Qrenada millisini növbəti mərhələyə çıxaracağından oyunun son 7 dəqiqəsində Qrenada millisi həm öz qapısına, həm də Barbadosun qapısına qol vurmağa cəhd etmişdir. Lakin Barbados hər iki qapını müdafiə edə bilmiş, əlavə vaxtda vurduğu qızıl qolla istədiyinə nail olmuşdur.
Qrenada
Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir. 1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı. Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. 2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi. Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
Qrenada Krallıq Polis Qüvvəsi
Qrenada Krallıq Polis Qüvvəsi (ing. Royal Grenada Police Force) və ya QKRP (ing. RPGF) — Qrenadanın milli polis qüvvəsi. Qrenada Krallıq Polis Qüvvəsi cinayətə qarşı çıxır, immiqrasiyaya nəzarət edir və dəniz hüquqlarını qoruyur. Qurum liman təhlükəsizliyi və yanğın mühafizə xidmətlərinə məsuldur. 15 polis şövəsi və 900 nəfərlik heyəti olan qurum hər il 15,000-dən çox çağırışa cavab verir. Qrenada Krallıq Polis Qüvvəsi milli təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş qüvvə daxildir. rgpf.gd — Qrenada Krallıq Polis Qüvvəsinin rəsmi saytı.
Qrenada bayrağı
Qrenada bayrağı — Qrenadanın Dövlət bayrağı Qrenadanın dövlət bayrağı rəsmi olaraq 1974-cü ilin 7 fevralda təsdiqlənmişdir. Bayrağın parametrləri 3:5 nisbətindədir. Bayraqdakı sarı rəng Qrenada üzərindəki günəşin və qrenadalıların mehribanlığının rəmzidir. Qırmızı rəng harmoniyanı, birliyi və cəsarəti tərənnüm edir. 7 ulduz şəkli isə ölkənin inzibati ərazilərinin sayı ilə eynilik təşkil edir. Bayraq üzərində həmçinin cövüz şəkli yerləşdirilib. Bu da əbəs yerə deyildir. Belə ki, cövüz istehsalı ölkə iqtisadiyyatının əsasını təşkil edir. Qrenada dünyada cövüz istehsal edən lider dövlətlərdən biridir.
Qrenada ordusu
Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir. 1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı. Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. 2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi. Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
Qrenadadakı vulkanların siyahısı
Qrenada əazisində fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Qrenadanın işğalı
Qrenadanın işğalı (ing. Operation Urgent Fury - Təcili Qəzəb) - 1983-cü ildə Karib hövzəsində yerləşən Qrenada adasının ABŞ və bir necə Karib hövzəsi ölkələri tərəfindən işğal edilərək, marksist hökumətin hakimiyyətin kənarlaşdırılması ilə nəticələnmiş hərbi əməliyyat. Soyuq müharibə dövründə Qərb yarımkürəsində baş vermiş ən böyük münaqişələrdən biri olaraq qəbul edilir. Qrenadanın işğalı eyni zamanda Amerika Birləşmiş Ştatlarının Vyetnam müharibəsindən sonra sərhədləri xaricində qoşulduğu ən böyük hərbi qarşıdurma olaraqda qəbul edilir.
Qrenadin
Qrenadin — alkoqolsuz içkidir. Qırmızı rəngli şirin siropdur. Ən çox kokteyllərdə istifadə edilir. Bəzən, qrenadinə alkoqol əlavə edirlər. Bu zaman alkoqol içki likör yaranır. Qrenadindən bəzi alkoqollu içkilər — pivə və tekila növləri hazırlanır. Qrenadin ənənəvi olaraq nardan əldə edilir. Qrenadin fransızca grenade — nar və latınca grānātum — toxumlu sözlərindən götürülmüşdür. Qrenadin əvvəllər nar şirəsi, şəkər və sudan hazırlanırdı. Qrenadin ümumiyyətlə həm müasir, həm də klassik kokteylləri qarışdırmaq üçün istifadə olunur.
Qrenaş
Qrenaş (ing. Grenache) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Dünyada geniş yayılan ikinci üzüm növü. Bu üzüm növü quraqlıq və həddindən artıq isti olan yerlərdə yetişdirilir.
Sent-Vinsent və Qrenadin
Sent Vinsent və Qrenadinlər — Karib dənizində yerləşən və Millətlər Birliyinə daxil olan müstəqil dövlət. Ərazisi Kiçik Antil adaları arxipelaqında yerləşən Sent-Vinsent adası və 32 kiçik adadan ibarət Qrenadin adalar qrupundan ibarətdir. Sahəsi 389 km², əhalisi 118 min nəfərdir (2008). Paytaxtı Kinqstaundur.