Qros

1) Hazırda Polşada tədavüldə olan xırda monet. 1 qroş= 1/100 zlotıy; 2) Hazırda Avstriyada tədavüldə olan xırda monet. 1 qroş = 1/100 şillinq; 3) XII əsrin sonlarında İtaliyada tədavüldə olan gümüş monet; 4) Ən ucuz qiymət.
Qrivna
Qudvil
OBASTAN VİKİ
Qros Morn dağı
Qros Morn dağı (fr. Gros Morne) — Reyunyon adasında yerləşən dağ. Zirvə dəniz səviyyəsindən 3019 metr yüksəklikdə yerləşir. Adanın ikinci ən böyük zirvəsidir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Ətəkləri sıldırımlıdır. Əsasən bazalt təbəqədən təşkil olunmuşdur Dağa çıxmaq elədə çətin bir iş olmasada zirvənin ilk fəthi 1939-cu ildə gerçəkləşmişdir.
Qros-Morn Milli Parkı
Qros-Morn Milli Parkı – Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır. Qros-Morn Milli Parkı Kanadanın Yenidünya bölgəsinin qərbində 1.805 km² sahəsi ilə Kanadanın Atlantik okeanı sahilindəki ikinci ən böyük milli parkıdır. Geoloji tarixi və möhtəşəm mənzərələri ilə 1987-ci ildə WHS elan edilmişdir. Şimali Amerika qitəsinin ən uc bölgəsi olan bu sahə tektonik fəaliyyətlərə məruz qalmışdır. Parkda eyni zamanda buz fəaliyyətləri nəticəsində yaranmış ada da görmək mümkündür. Fiyordları, şəlalələri, gölləri, buzlaq vadiləri, geoloji strukturları ilə çox görkəmli bir mənzərəyə sahibdir.
Qros Morn Milli Parkı
Qros-Morn Milli Parkı – Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır. Qros-Morn Milli Parkı Kanadanın Yenidünya bölgəsinin qərbində 1.805 km² sahəsi ilə Kanadanın Atlantik okeanı sahilindəki ikinci ən böyük milli parkıdır. Geoloji tarixi və möhtəşəm mənzərələri ilə 1987-ci ildə WHS elan edilmişdir. Şimali Amerika qitəsinin ən uc bölgəsi olan bu sahə tektonik fəaliyyətlərə məruz qalmışdır. Parkda eyni zamanda buz fəaliyyətləri nəticəsində yaranmış ada da görmək mümkündür. Fiyordları, şəlalələri, gölləri, buzlaq vadiləri, geoloji strukturları ilə çox görkəmli bir mənzərəyə sahibdir.
David Qrossman
David Qrossman (ivr. ‏‏דויד גרוסמן‏‎; 25 yanvar 1954[…], Qüds) —yəhudi yazıçı. David Qrossman 1954-cü ildə Qüds şəhərində doğulub.Atası Polşadan gəlmədir. Bütün ata qohumları Holokost zamanı ya məhv olmuş, ya da itkin düşmüşdü. Anası əslən qüdslüdür. David Qrossman İsrail ordusunda xidmət etdikdən sonra universitetdə fəlsəfə və teatr sənətini öyrənmişdi. İsrailin səsi radiosunda aparıcı kimi çalışmışdı. David Qrossman ilk kitabını 1979-cu ildə nəşr etdirib. İlk romanı isə "Oğlağın təbəssümü" (חיוך הגדי) adlanır. İudeya və Samariya əhalisinin yaşam yolu haqqındadır.
Güləş Qrosmeysteri (1964)
Film sərbəst güləş üzrə dünya, Avropa və Sovet İttifaqı çempionu Aydın İbrahimov haqqında danışır.
Güləş qrosmeysteri (film, 1964)
Film sərbəst güləş üzrə dünya, Avropa və Sovet İttifaqı çempionu Aydın İbrahimov haqqında danışır.
Karl Qrossman
Karl Qrossman (ing. Carl Friedrich Wilhelm Großmann; 13 dekabr 1863, Almaniya, Noyruppin – 5 iyul 1922,) – almaniyalı seriyalı qatil. O, tam etiraf etmədən edam edilməsini gözləyərkən cinayətlərinin miqyası və səbəbləri əhəmiyyətli dərəcədə bilinməyərək intihar etdi. Təsdiqlənməmiş məlumatlara görə, Birinci Dünya müharibəsi illərində qurbanlarının ətini satırdı. O, ölüm hökmünə məhkum edildi, lakin kamerasında özünü asdığı nəzərə alınaraq hökm heç vaxt qüvvəyə minmədi. Karl Qrossmanın sadist cinsi zövqləri və uşaq zorakılığına görə bir neçə məhkumluğu istisna olmaqla, uşaqlıq və gənclik illəri ilə bağlı az şey məlumdur. Gəncliyində 7 yaşlı bir qıza təcavüz etdiyi üçün 14 il həbs cəzası alıb. Birinci Dünya müharibəsi illərində Qrossman qara bazarda ət satırdı və hətta evinin yaxınlığındakı bir qatar stansiyasında hot-dog stendi var idi. Karlın qurbanlarının ətini satdığı, sümüklərini və digər yeyilməyən hissələrini çaya atdığı güman edilirdi. İtkin düşmüş qadınların parçaları Andreasa Meydanı yaxınlığındakı bir kanalda və Luizenştadt kanalında tapıldı.
Matu-Qrosu
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir. Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir. Ərazisi əsasən savannadan ibarətdir. Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir.
Matu-Qrosu-du-Sul
Matu-Qrosu-du-Sul (port. Mato Grosso do Sul) — Braziliyanın cənub-qərbində yerləşən ştat. İnzibati mərkəzi Kampu-Qrandi şəhəridir. Matu-Qrosu, Qoyas, Minas-Jerays, San-Paulu və Parana ştatları ilə sərhədlənir. Üstəlik qərbdən Paraqvay və Boliviya ilə sərhədə malikdir. Adının mənası portuqalcadan tərcümədə «Cənub seyrəkmeşəsi» anlamını daşıyır. Ştat ondan şimalda yerləşən Matu-Qrosu ştatının varisidir. Buda təsadüfü deyil ki, insanlar Matu-Qrosu və Matu-Qrosu-du-Sul adlarını səhv salırlar. Tropik iqlimə malikdir. Bununla belə olduqca rütubətlidir.
Miron Qrossman
Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator. Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar.
Qrosqeym qarağacı
Qross-Rosen həbs düşərgəsi
Qross-Rosen həbs düşərgəsi (alm. Konzentrationslager Groß-Rosen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Qross-Rozen həbs düşərgəsi
Qross-Rosen həbs düşərgəsi (alm. Konzentrationslager Groß-Rosen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
Qrosseto
Qrosseto (it. Grosseto) — İtaliyanın Toskana regionunda şəhər.
Qrossheym armudu
Qrossheym armudu (lat. Pyrus grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur. Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Qrossheym başlıqotu
Qrossheym başlıqotu (lat. Scutellaria grossheimiana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Populyasiyası təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. Cənubi Qafqaz üçün endemik növdür. Çoxillik ot bitkisidir. Gövdələri 18 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 5-20 mm uzunluğunda, 4-15 mm enində, enli üçkünc-yumurtavari, küt-lələkvaridilimli və ya lələkvari dilimli, 1-7 uzunsov və ya xətvari qanadlı və ya hər tərəfdən dilimli, üst tərəfdə yapışan tükcüklü, boz-yaşıl rəngli, alt tərəfdə uzun, ağ və ya boz tükcüklüdür. Çiçək qrupu sıx, 2,5-5 sm uzunluğunda; çiçəkaltlığının yarpaqları enli-yumurtavaridir, qısa itiləşmiş, yapışqan tükcüklü, kənardan uzun kirpikcikli, açıq-yaşıl və ya bir qədər al-qırmızıdır. Tac 2-3 sm uzunluğunda, sarıdır. Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyul aylarına təsadüf edir.
Qrossheym gəmirici soğanı
Qrossheym keçiyemliyi
Qrossheym keçiyemliyi (lat. Podospermum grossheimii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin keçiyemliyi cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdələri 10-15 sm hündürlükdədir. Köküstü yarpaqlar çoxsaylı, aztükcüklü, darxətli və ya ləçəkbölümlü, bir az dar xətli (1 mm-ə qədər enində) yan seqmentlərə və daha uzun baş seqmentə malikdir. Gövdə yarpaqları 1-2 sayda, xırda, xətlidir. Səbətlər tək, 25 mm uzunluğundadır. Örtücük səbətin əsasında, ağ-keçəli; xaricdə yerləşən yarpaqcıqlar uzunsov-xətli, təpəcikdə kütvaridir. Toxumcası (ayaqcıqla bir yerdə) 12 mm-dək uzunluqda və 1-1,5 mm enində, çılpaq; zəncirotu sarımtıl rəngli, toxumcadan qısadır. Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qrossheym süsəni
Qrossheym süsəni (lat. Iris grossheimii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Azərbaycanın Naxçıvan ərazisində, Ordubad rayonunun Şıxyurdu və Soyuqdağ yamaclarında, həmçinin Ermənistanda yayılıb. Dəniz səviyyəsindən 2400-3000 m yüksəklikdə orta və yuxarı dağlıq qurşaqların ortu yamaclarında bitir. Qeyd eilən ərazidə zəif yayıldığından çox az rast gəlinir. Toxumla və vegetativ yolla çoxalır. Antropogen amillər üzündən — çiçəklərinin toplanılması və bitkinin kökündən çıxarılması nəticəsində bitkinin azalması baş verib. Həvəskarlar tərəfindən becərilir, Azərbaycan Botanika İnstitutunun Botanika bağında introduksiya olunmuşdur. Mühafizəsi üçün xüsusi tədbirlər işlənib hazırlanmamışdır. Növün tam mühafizə edilməsi lazımdır.
Qrossheym şaxduranı
Qrossheym şaxduranı (lat. Alchemilla grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Çoxillik tünd-yaşıl ot bitkisidir. Gövdə 25 sm-ə qədər hündürlükdədir. Kökyanı yarpaqlar 2,5-5 sm uzunluğunda, 4-6 sm enində, böyrəkvari və ya dairəvi-böyrəkvari, bir qədər dalğalı və ya hamar, hər iki tərəfdən 7 bölümlü qövsvari və ya yarımdairəvi bölümlü, aydın görünən kəsikli, aralarında 5-6 yarım yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları çox qısa bölümlü və çox dərin bölünmüş yarpaqaltlıqlıdır. Çiçək qrupu uzun budaqlı, kasa yarpaqları eynidir. Çiçəkləmə iyun, meyvələmə avqust aylarına təsadüf edir. Alp və subalp çəmənlərində bitir.
Qrossmeyster
Qrosmeyster (alm. Großmeister‎ — böyük usta) — ən yüksək şahmat titulu. Əvvəllər rəsmi statusu olmayan ən yaxşılara cəmiyyətlər tərəfindən verilən rütbə. 1949–1950-ci illərdə beynəlxalq qrosmeyster rütbəsi rəsmi status almışdır. SSRİ-də və Macarıstanda milli qrosmeyster rütbəsi də var.
Qrossmeyster (şahmat)
Qrossulyar
Qrossulyar - mineral uqrandit və qrossulyar - hidroqrossulyar seriyalarına mənsub olan qranat; Ca3Al2[SiO4]3. Adətən, qarışığı andradit komponenti olur. Rəngsiz, qızılımtıl - sarı. Xüsusi çəki 3,6. a=11,851A0; n = 1,734-1,780. Xırda dənələri izotropdur, iri kristalları çox vaxt anizotrop olur; sektorial ikil müşa­hidə edilir. Termiki və regional dəyişilmiş kalsium-karbonatlı süxurlar üçün səciyyəvidir. Kalsiumlu metasomatozun məhsulu. Bəzən metamorflaşmış bazaltların boşluqlarında tapılır. Növ müxtəlifliyi: hessonit, vanadiumlu qrossulyar və b.
Qrosvenediger
Qrosvenediger (alm. Großvenediger‎) — Avstriyanın dağlıq silsilələrindən olan Yüksək Tauern silsiləsinə daxil olan dağ. Venediger sıra dağlarının ən hündür zirvəsidir. Tirol və Zalsburq torpaqlarının sərhədində yerləşmişdir. Dağ hündürlüyünə görə Avstriyanın ən hündür dördüncü zirvəsidir. Dağ buzlaqlarla örtülmüş qneys piramidalarına bənzəyir. Zalsax və Drava çayları arasında yerləşmişdir. Dağ Yüksək Tauern milli parkının bir hissəsidir. Dağın zirvəsindən Tauernin ətrafyanı buzlaqlarını, Cənubi Tirolu, Severotirolu, Kisbyuxleri və Zaltsburq Alpını görmək mümkündür. Dağın birinci adı Ştyutserkopf (alm.