qrotesk
qrunt
OBASTAN VİKİ
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885–1889, 1893–1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860–1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928–1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. == Maraqlı faktlar == Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.