QURSAL

свинчатка
QURSAQ
QURŞAQ
OBASTAN VİKİ
Qursalı
Qursalı — Ermənistan Pəmbək mahalının Hamamlı rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində yerləşir. Hamamlı rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsi toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə Alı şəxs adı əsasında əmələ gəlmişdir. "Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir.

Digər lüğətlərdə