Quzumkənd

Quzumkənd (əvvəlki adı: Kert[1], daha əvvəl: Quzumkənd[2][3]) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd, Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzi.[4][5]

Quzumkənd
39°44′35″ şm. e. 46°59′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 815 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Quzumkənd xəritədə
Quzumkənd
Quzumkənd

Oykonim quzum, yəni payızlıq əkin yeri, və kənd sözlərindən düzəlib, "payızlıq əkin yeri olan kənd" mənasını daşıyır. XIX əsrin əvvəllərində ermənilərin orada yerləşdirilməsindən sonra, Kert adlanmışdı. Kert isə hind-Avropa dillərində "şəhər", "qala", "kənd", "tikili", deməkdir.[2] 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir[3]. Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kəndin adı Kert kimi qeyd olunur[6]. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır[1].

20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir[3].

Sovet vaxtında Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kənd o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Martuni rayonunun Kert kənd Sovetinin tərkibində və Kert kənd Sovetinin mərkəzi kimi göstərilir[6].

2 sentyabr 1991-ci il tarixində DQMVŞaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər[7]. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı[8]. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kert kəndi Quzumkənd kəndi adlandırılmışdır.[1] Hal hazırda Quzumkənd kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun tərkibindəki Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzidir[4][5].

Birinci Qarabağ müharibəsinin nəticəsində kənd 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Quzumkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycanın nəzarətinə qayıtmışdır[9].

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin ətayində yerləşir[2].

İl Daimi əhali Kişilər Qadınlar
1999[10] XXXX XXXX XXXX
2009[11] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. 1 2 3 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. 1 2 3 Quzumkənd // AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. İKİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Roza Eyvazova, Gülşən Axundova, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 79. ISBN 978-9952-34-156-0.
  3. 1 2 3 "Карта Кавказского края 1:210K - Xocavənd". retromap.ru. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
  4. 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  5. 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 59–60.
  6. 1 2 Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 115.
  7. "Декларация о провозглашении Нагорно-Карабахской Республики". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-03.
  8. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.
  9. "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
  10. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  11. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]