QUSUNTU
QUŞABAXAN
OBASTAN VİKİ
Bülbül (quş)
Curong Quş Parkı
Curong Quş Parkı (çin. 裕廊飞禽公园; malay Taman Burung Jurong; tam. ஜுரோங் பறவை பூங்கா) — dünyada olan ən böyük quş parklardan biri, Asiyanın isə ən böyüyü. Curong təpəsinin qərb yamacında yerləşir. Sinqapurun mərkəzindən yarım saatlıq yoldur. Parkın yaradılması təklifi maliyyə naziri Goh Keng Sviyə məxsusdur. O istəyirdi ki, şəhər əhalisi təbiət qoynunda istirahət etsinlər. Plana görə bu parkda bütün quşlara : pinqvinlərdən tutmuş tropik quşlara ideal şərait yaradılmalı. Parkda quşlar sərbəst dolaşıb uçmalı idi. Ərazinin qiymətini çıxmaq şərti ilə park 3,5 milyon dollara başa gəldi.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Kardinal (quş)
Kivi (quş)
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Quş (Maku)
Quş (fars. قوش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (70 ailə).
Quş adası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. Quş adası (Slovakiya) — Slovakiyanın qərbində yerləşən ada.
Quş alimi
Quş koloniyası
Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür. Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80-120 nm-dir, bəzən sapkimi şəkildə 400-800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
Quş quşüzümü
Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Vətəni Avstraliya və Yeni Zellandiyadır. Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır. Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir.
Quş qırxbuğumu
Quş qırxbuğumu (lat. Polygonum aviculare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Quş şəlaləsi
Quş (rus. Птичий) — Rusiyanın Saxalin vilayətində, Kunaşir adasında yerləşən şəlalə. Quş şəlaləsi Kusirodan 254,5 km şimal-şərqdə yerləşir. Şəlalə Kuril qoruğunun əsas görməli yerlərindən biri hesab olunur. Şəlalə Quş (Ptiçaya) çayının Oxot dənizinə töküldüyü yerdə formalaşmış. Şəlalə Kunaşir adasının ən böyük və ən enli şəlaləsidir: Hündürlüyü 12 metr, eni isə 20 metr olan şəlalə yağışlı mövsümdə ən enli səviyyəsinə çatır. Şəlalədən yuxarıda bir çox mineral bulaqlar yerləşir. Bulaqların suyu çayın rəngini parlaq mavi rəngdən şəffaf rəngə qədər dəyişir. Şəlalə və çay öz adını yaz aylarında ərazidə çoxlu quşların toplanmasına görə almış. Quş çayı yetərincə bol suludur (Kunaşir adasında ikinci böyük çay).
Siçanaoxşar quş
Laçın (quş)
Laçın (lat. Falco peregrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. "Bığları" parlaq qara, ayaqları sarıdır. Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.
Qaz (quş)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Hirkan quş südü
Pont quş südü
Qumluca (quş cinsi)
Quş Qoruğu (1934)
Quş adası (Slovakiya)
Quş adası (slovak. Vtáčí ostrov) — Slovakiyanın qərbində yerləşən ada. Adanın sahəsi 6,86 ha təşkil edir. Ada Qruşov su anbarının ərazisində yerləşir. Su anbarının sahəsi 2518 hektar təşkil edir. Qabçikov kaskadına daxildir. Ada isə Slovakiyanın Şamiron şəhərindən cənub-qərbdə qərar tutur. Suni şəkildə meydana gəlmişdir. Belə ki, Dunay çayıda dambanın inşası ilə ortaya çıxmışdır. Qabçikov-Nadmaroş bəndinin inşasının əsas səbəbi Dunyarın ətraf əraziləri basmasınln qarşısını almaqdlr.
Türkcə quş dili
Türkcə quş dili Türkcənin yüksək səsli fit və melodiyalarla ötürülən bir formasıdır. Hal-hazırda Girəsun, Ordu və Gümüşhane olmaqla xüsusəndə Türkiyənin Şərqi Qara dəniz bölgəsində istifadə olunur. Yaşayış məntəqələrinin bir-birindən uzaq olduğu üçün, kələ-kötür ərazilərdə yaşayan insanların yüksək səsli fitdən istifadə edərək ünsiyyət qura bilməsi üçün hazırlanmışdır.
Azad bir quşdum (mahnı)
Azad bir quşdum -Yüksək musiqi duyumu ilə seçilən və muğamlarımıza dərindən bələd olan dahi Cəfər Cabbarlı bir sıra pyeslərinin ruhuna uyğun olaraq yaddaqalan mahnı. 1905-ci ildə dramında Sonanın oxuduğu və Baxşının tarda müşayiət etdiyi Azad bir quşdum. Əməkdar artist Süleyman Tağızadənin (1905-1960) xatirələrindən aydın olur ki, Azad bir quşdum mahnısını Cəfər zümzümə edib və bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəylidən (1907-1976) xahiş edib ki, onu nota salsın. Azad bir quşdum mahnısının sözləri və musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu təsdiqləyən tanınmış dramaturq və aktyor, əməkdar artist Məcid Şamxalov (1907-1984) yazır: Əsərdə (“1905-ci ildə” nəzərdə tutulur – A.N.) Sonanın yanıqlı bir havası var: Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm” Cəfərin ölümündən sonra Azad bir quşdum adlanan bu mahnının başqa müəllifi də peyda oldu. Cəfərin müasirləri, tanınmış aktyorlar – M.Şamxalov, S.Tağızadə və başqaları həmin mahnının musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu öz yazıları ilə təsdiqləmişlər. 1905-ci ildə tamaşasında Sona rolunun ifaçısı, gələcəyin xalq artisti Sona Hacıyeva (1907-1979) “Azad bir quşdum” mahnısını oxuyurdu, Baxşı rolunu oynayan S.Tağızadə isə onu (Sonanı) tarda müşayiət edirdi. Xatırladaq ki, C.Cabbarlının Süleyman Tağızadəyə bağışladığı tar hazırda AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində (inventar №2238) qorunur. Süleyman Tağızadə xatirələrində yazır: Cəfərin yazdığı "1905-ci ildə" əsərində səslənən "Azad bir quşdum" mahnısının yaranma tarixçəsi belə olmuşdur. Süleyman Tağızadənin xatirəsindən bəlli olur ki, bu mahnının yalnız melodiyası Əfrasiyab Bədəlbəyli tərəfindən notlaşdırılmışdır.
Azad bir quşdum mahnının tarixi
Azad bir quşdum -Yüksək musiqi duyumu ilə seçilən və muğamlarımıza dərindən bələd olan dahi Cəfər Cabbarlı bir sıra pyeslərinin ruhuna uyğun olaraq yaddaqalan mahnı. 1905-ci ildə dramında Sonanın oxuduğu və Baxşının tarda müşayiət etdiyi Azad bir quşdum. Əməkdar artist Süleyman Tağızadənin (1905-1960) xatirələrindən aydın olur ki, Azad bir quşdum mahnısını Cəfər zümzümə edib və bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəylidən (1907-1976) xahiş edib ki, onu nota salsın. Azad bir quşdum mahnısının sözləri və musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu təsdiqləyən tanınmış dramaturq və aktyor, əməkdar artist Məcid Şamxalov (1907-1984) yazır: Əsərdə (“1905-ci ildə” nəzərdə tutulur – A.N.) Sonanın yanıqlı bir havası var: Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm” Cəfərin ölümündən sonra Azad bir quşdum adlanan bu mahnının başqa müəllifi də peyda oldu. Cəfərin müasirləri, tanınmış aktyorlar – M.Şamxalov, S.Tağızadə və başqaları həmin mahnının musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu öz yazıları ilə təsdiqləmişlər. 1905-ci ildə tamaşasında Sona rolunun ifaçısı, gələcəyin xalq artisti Sona Hacıyeva (1907-1979) “Azad bir quşdum” mahnısını oxuyurdu, Baxşı rolunu oynayan S.Tağızadə isə onu (Sonanı) tarda müşayiət edirdi. Xatırladaq ki, C.Cabbarlının Süleyman Tağızadəyə bağışladığı tar hazırda AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində (inventar №2238) qorunur. Süleyman Tağızadə xatirələrində yazır: Cəfərin yazdığı "1905-ci ildə" əsərində səslənən "Azad bir quşdum" mahnısının yaranma tarixçəsi belə olmuşdur. Süleyman Tağızadənin xatirəsindən bəlli olur ki, bu mahnının yalnız melodiyası Əfrasiyab Bədəlbəyli tərəfindən notlaşdırılmışdır.
Azərbaycan quşları
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heyvanlar aləmi". Tom III. Onurğalılar, 2000 il.
Azərbaycanın quşları
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.
Ağrıovunduran quşarmudu
Ağrıovunduran quşarmudu (lat. Sorbus torminalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Skandinaviyada, Avropanın Atlantik okeanın bitişən hissəsində, Orta Avropada, Kiçik Asiyada təsvir edilmişdir. 8-10 (15) m hündürlüyündə, 15-30 bəzi hallarda 60 sm- diametrində olan ağacdır. Yaşlı budaqların qabığı tünd boz, cavanlarınkı sarı-yaşıl rəngdə olur. Tumurcuqları və zolağları, yarpaqları çılpaq, uzunsaplaqlıdır, konturu dəyirmi, yumurtavarı və ya enli ovaldır. Yuxarı hissəsi sivridir, qaidəsinə yaxın hissəsi enli pazşəkillidir, dəyirmi və ya azca ürəkvarıdır, 3-5 cüt sivri dilimi vardır, kənarı xırda mişardişlidir. Üstdən tünd, altdan açıq, yan damarları 3-7 cütdür. Çiçək qrupu çoxçiçəkli, budaqcıqları tüklüdür. Kasacığı az və ya çox keçətüklü, ucbucaq dişlidir.
Aşağı Quşqovan (Çaroymaq)
Aşağı Quşqovan (fars. قوشقوان سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 32 nəfər yaşayır (6 ailə).
Aşağı Quşçu
Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd. Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir. Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir. Həm yayı, həm də qışı mülayim keçir.
Aşağı Quşçular
Aşağı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Malıbəyli kənd Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib. "Aşağıda yerləşən Quşçular kəndi" deməkdir. Etnotoponimdir. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar.
Biosseri quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Buş quşarmudu
Buş quşarmudu (lat. Sorbus buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiyada və Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. 10-11 sm uzunluqda olan yarpaqları ikili olub, bar verən zoğlarda enli və ya yumurtavarı- ellipsvarı, meyvəsiz zoğlarda isə neştərvaridir. Yan damarlarının sayı 10-11 cütdür, kənarları ikiqat itidişlidir. Alt səthi boz yaşılımtıl keçəvari tükcüklüdür. Qaidədən pazvarıdır. Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə, daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır. Naxçıvan MR florasına ilk dəfə tərəfimizdən daxil edilmişdir.
Böyük Qаfqаz quşarmudu
Cənnət Quşu (bürc)
Cənnət Quşu (lat. Apus) — göyün cənub yarımkürəsində bürc.
Cənnət quşları
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Cənnət quşu
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Dağ Quşçu
Dağ Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 539 nəfərdir.
Dişli quşlar
Dişli quşlar (lat. Odontornithes, yaxud lat. Odontognathae) — sistematik vəziyyətli tam aydın olmayan təbaşir quşları. Kəlləsinin quruluşu onları müasir quşlara yaxınlaşdırır, lakin dişlərin və kəllənin ön hissəsində pulcuğ örtüyün olması ilə fərqlənir. Hesperornislərə və İxtiornislərə bölünür. Birincilərə uçma qabiliyyəti olmayan iri (180 sm-dək) su quşları, ikincilərə isə (25 sm-dək) qarğaları xatırladan uçan quşlar daxildir. Dişli quşlar Şimali Amerika və Avropanın Təbaşir dövrü çöküntülərindən tapılmış, çənələrində dişləri olan nəsli kəsilmiş quşlar yarımdəstəsi. Bəzi alimlər dişli quşları müasir və ya "yeni quşlar" (Neornithes) yarımsinfinə daxil edirlər. Quşlar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. 1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s.
Dövlət quşu (roman)
Dövlət quşu — Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. Az sayda yazıçılar hələ sağ ikən klassiklər arasında öz yerini tutur. Orxan Kamal da bu yazıçılardan biridir və bütün bu illər onun dəyərini və oxucusu ilə qurduğu yaxın münasibəti heç vaxt azaltmayıb. Orxan Kamal, bu gün yazılan kimi təzə olan mətnləri təhlil edə bilən dərin müşahidəsi və illər öncəki günümüzü təhlil edə bilən dərin müşahidəsi ilə zənginlikdən yer tutmağa çalışanların ziddiyyətli hekayələrini də danışır. "Dövlət quşu" sevgisi ilə ailəsinin sərvət həsrəti arasında qalan gecəqondudan bir gəncin hekayəsidir. Əsgərlikdən sonra iş tapa bilməyən yaraşıqlı Səyyah Mustafa işsiz dostları ilə günlərini Taşkasaplının kafesində keçirir. O, qonşu qızı Aynuru sevir, amma ona təklif edəcəyi heç nə yoxdur. Evləri ilə üzbəüz torpaq sahəsində mənzil tikintisinə başlayan qara marketçi Zülfikarın eybəcər qızı Hülya bunu görən an Mustafaya aşiq olub. Bu elə bir ehtirasdır ki, Zülfikar Mustafanı qızına ərə verməyə məcbur edir. Gənc bununla razılaşmaq istəmir, amma anasının təzyiqi ilə əvvəlcə qara bazarda işləməyə, sonra qızı ilə evlənməyə razılaşır.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Erməni quşarmudu
Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır. Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)

Значение слова в других словарях