Qındı

Ağcabədi, Kəlbəcər, Ağsu, Füzuli şivələrində bu söz “südlə bişirilən yemək, horra” mənasında işlənir. –Axşam sizə qındı bişirəjəm. (Ağcabədi); - Nənə, bir qındı bişir. (Kəlbəcər); - Öydə qındı yeyib gəlmişəm. (Ağsu); - Sər qındı yemək xoşuma gəlir. (Füzuli) (1, 137)
Qəndab
Qırmabadam
OBASTAN VİKİ
Qındırğa
Qındırğa — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qındırğa kəndində milli tərkibi muğallardan ibarət 14 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 25 təsərrüfatda hər iki cinsdən toplam 117 nəfər əhali yaşamaqdadır. Qındırğa oyk., sadə. Qax r-nunun Zəyəm ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonimin mənası dialekt materiallan əsasında izah olunur. Azərbaycan dilinin qərb və şimal dialekt və şivələrində qındırğa sözü “susuz yerdə bitən tikanlı ot'* mənasında işlənir. Yəqin ki, bu kəndin ətrafında çoxlu qındırğa bitkisi varmış.
Qındırğa bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə