Qəndab

Ərəb dilindən alınma sözdür. “Qənd” və “ab” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Azərbaycan dilində “qəndab” sözünün sinonimi “şərbət” sözüdür.
Qəlyə
Qındı
OBASTAN VİKİ
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.

Digər lüğətlərdə