Fəxri Elmir oğlu Qəribzadə (10 yanvar 1994, Güloğlular, Bərdə; 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Fəxri Qəribzadə | |
---|---|
Fəxri Elmir oğlu Qəribzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Güloğlular, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 2020, 2021, 2020 |
Fəxri Qəribzadə 10 yanvar 1994-cü ildə, Bərdə rayon Güloğlular kəndində anadan olub. 2001–2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb. Orta məktəbi başa vurduqdan sonra, 2012–2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub.[3][4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Ağdərə döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə Şəhidlər Xiyabanı'da torpağa tapşırılıb.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]