QƏNTƏRƏ
QƏRABƏ
OBASTAN VİKİ
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Qərənfil"-uşaq bağçası (film, 1990)
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
2020 Qərbi Səhra döyüşləri
Qərbi Saxara döyüşləri - 2020-ci il 13 noyabrda başlamış, və hal-hazırda Mərakeş və Qərbi Saxara dövlətləri arasında davam edən döyüşdür. == Reaksiyalar == Rusiya - Rusiya Mərakeşi qınayaraq hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib Mavritaniya - Mavritaniya Qərbi Saxara ilə olan sərhədini bağlayıb. Qətər - Qətər Mərakeşi tam dəstəklədiyini bildirib.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
Abbas-i Qərbi dehistanı (Bostanabad)
Abbas-i Qərbi dehistanı (fars. دهستان عباس غربي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının dehistanı. Dehistana ümumilikdə 28 kənd daxildir == Əhalisi == 2006-cı il siyahıya alınmaya görə 10.070 nəfər əhalisi (2,100 ailə) vardır. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin 4 kəndistanınindan biri, Bostanabad qəsəbəsindən 36 km cənub-şərqdədir.
Abbasabad (Qərbi Azərbaycan ostanı)
Abbasabad (fars. عباس اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı, Behi Dehbokri bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (16 ailə).
Adil Qəribov
Adil Qəribov (tam adı: Adil Əbdulxaliq (Abdulxalıq) oğlu Qəribov; 28 mart 1950, Nuxa rayonu) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə məktəbi gümüş medаlla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuşdur. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın organika və Fiziki Kimya institutunda namizədlik disertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə aspiranturanı bitirdikdən sonra, Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib, 1978–1980-cı illərdə kiçik, daha sonra 1980–1990-cı illərdə baş elmi işçi kimi çalışıb.1990–1995-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasion kimyası" qrupunun rəhbəri olub. 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə isə "Radiasiya kimya" ixtisası üzrə professor adını alıb. 1995–2001-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasiya kimyası" laboratoriyasının, AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna dəyişdirilib və oranın direktoru seçilib. O, 2007-ci ildən AMEA –nın Radiasiya Kimya ixtisası üzrə müxbir üzvü seçilib.
Almaniya Cənub-Qərbi Afrikası
Almaniya Cənub-Qərbi Afrikası (alm. Deutsch-Südwestafrika‎) 1884–1919-cu illərdə Almaniya İmperiyasının müstəmləkəsi olduğu dövrdə indiki Namibiya dövlətinin adıdır. Birinci Dünya Müharibəsi zamanı Cənubi Afrika Respublikasının qoşunları alman qüvvələrini məğlub edərək regionu ələ keçirdirlər. Bunun ardınca 1921-ci ildə Millətlər Liqasının qərarı ilə region Cənubi Afrikanın mandatına keçdi.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Asif Qəribov
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Qəribov (şəhid)

Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Azərbaycan Milli Şurasının buraxılması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az-əbcəd. آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az-əbcəd. آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi.
Azərbaycan dilinin qərb dialekti
Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti (yerli ləhcədə danışdıqları dili sadəcə "musurmanca", "musurman dili" adlandırırlar) — hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, Qarabağ və Qarapapaq dialektləri qərb ləhcəsinə aiddir. Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur. == Təsnifi == Bu dialektin cüzi fərqlənən 4 subdialekti var: Ayrım-Qarapapaq subdialekti (Əsasən Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp) işlənir) Gəncə (və bir neçə yaxın rayonlar) subdialekti İrəvan (və bütün Qərbi Azərbaycan) subdialekti Qarabağ (və bir neçə yaxın rayonlar) subdialekti == Xüsusiyyəti == "Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər): Çox vaxt sözün birinci hecasında və ərəb, fars mənşəli sözlərdə ə səsinin a səsi ilə əvəzlənməsi: xavar, zayıf, idara, tasdıx və s. Sözün birinci və sonrakı hecasında i sesinin ı səsi ilə əvəzlənməsi: ışıx, ılıx, sıçan, bıldırçın, bıldır, qıymat, qıryat və s. Dodaq ahənginin möhkəmliyi (-ayıb, -əyib yerinə -uyuf, üyüf): qurmuyuf (qurmoyuf), görmüyüf (görmöyüf), üydürüh (üydörüh), otduyurdu (otdordu), burduydu (burdoydu), görsöydü, göröydü və s. Sağır n (Göytürkcə: 𐰭, Əbcəd əlibası: ڭ (Kafi Nun), Kiril əlibası: ң, Latın əlifbası: ñ, ŋ) səsinə geniş yer verilməsi: ataŋ, maŋa, saŋa, aldıŋız və s. Söz ortasında və təkhecalı sözlərin axırında b sesinin v səsi ilə əvəzlənməsi: çovan, qavax, bava, qavır, qav, civ, div və s. Söz ortasında və təkhecalı sözlərin axırında c səsinin j səsi ilə əvəzlənməsi: bajı, baja, qoja, gejə, alajam, gedəjəm, saj, qaj, aj və s.
Ağbulaq (Xanəndəbil-i Qərbi)
Ağbulaq — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmcu bölgəsində, Ərdəbil şəhərindən 30 km şimaldadır.
BMT-nin Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir. Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarı
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. == Arxa fon == 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. == Qərarın mahiyyəti == Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. == Mübahisələr == Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
Balacayev Qərib
Qərib Nəsib oğlu Balacayev (25 dekabr 1997; Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balacayev Qərib Nəsib oğlu 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2 bacının tək qardaşı olan Qərib subay idi. == Hərbi xidməti == 2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı" olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə "N" saylı hərbi hissədə komandirin "Baş mexannik sürücüsü" kimi BMP idarə edib.
Bağ qərənfili
Bağ qərənfili (lat. Dianthus caryophyllus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Aralıq dənizi ətrafıdır. == Botaniki təsviri == Hündürlüyü 80 sm-ə qədər olan çoxillik ot bitkisidir. Yarpaqları uzunluğu 15 sm-ə qədər olub, sadə və kənarları tamdır. İyun-oktyabr aylarında çiçəkləyir. == Ekologiyası == Münbit və rütubətli torpağı sevir. Geniş şəkildə becərilir.
Beynimdə qəribəlik (roman)
Beynimdə Qəribəlik — Orxan Pamukun 2014-cü ildə nəşr edilən romanı bu cümlə ilə başlayır: "Boza satıcısı Mövlud Qaradaşın həyatı, macəraları, xəyalları və dostlarının hekayəsidir və 1969–2012-ci illər arasında İstanbul həyatının bir çox insanların gözündən izah edilən bir rəsmidir". == Məzmunu == "Beynimdə qəribəlik vardı, içimdə də nə o zamana, nə o məkana aidlik duyğusu". — William Wordsworth, Prelüd-dən sitat. "Beynimdə qəribəlik" həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı (yalnız bir dəfə toy mərasimində ötəri gördüyü) sevgilisinin İstanbuldakı həyatlarından danışır. İyirmi beş yaşında kəndindən bir qız qaçırdı (yanlış qızı qaçırır); Qəribə bir şey oldu, onun bütün həyatını təyin etdi. İstanbula qayıtdı, evləndi, iki qızı oldu. Mövlud 1969–2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68/262 saylı qərarı
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68/262 saylı qərarı, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Rusiyanın Krımı ilhakı səbəbiylə 27 Mart 2014-cü ildə qəbul edilən və "Ukrayna'nın ərazi bütövlüyü" başlığını daşıyan qərar. 100 üzv ölkənin dəstəklədiyi məcburi qüvvəsi olmayan qərar, Baş Assambleyanın Ukraynanın beynəlxalq sahədə tanınan sərhədləri içərisindəki ərazi bütövlüyü mövzusundakı dayanıqlılığını vermişdir və 2014 Krım referandumunun əsassızlığını vurğuladı. 11 ölkə qərar əleyhinə səs verərkən 58 ölkə bitərəf qaldı, 24 ölkə isə səsvermədə qatılmadı. Almaniya, Kanada, Kosta Rika, Litva, Polşa və Ukrayna tərəfindən təqdim edilən bu qərardan əvvəl Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Krım böhranı ilə əlaqədar olaraq yeddi dəfə toplanmış ancaq Rusiyanın vetosu üzündən bir qərar ala bilməmişdi.
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir. Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.
Bizim qəribə taleyimiz (film, 2005)
Böyük Qərbi Erq
Böyük Qərbi Erq (ərəb. العرق الغربي الكبير‎, Əl-Qarbi-əl-Qəbir — sahəsinə görə ikinci ən böyük erqə sahib səhra. Saxaranın tərkibini təşkil edir. Səhrada insan yaşayış məntəqəsi yoxdur. Burada nə kəndə nə də yola rast gəlmək mümkün deyil. == İstinadlar == == Əlavə ədəbiyyat == Francis Tack, Paul Robin: Dünen: Sandmeere der Wüsten. National Geographic 2003, ISBN 3934385966, стр.