RÜXSƏT

fiqhdə dini vəzifələrin yüngülləşdirilmiş formada icra edilməsidir. İlahiyyatçılara görə dini vəzifələrin icra edilməsində yüngülləşdirici yollar ola bilər. Çətin yol dində olan bütün vacib və müstəhəb əməllərin yerinə yetirilməsidir. Ancaq müəyyən səbəblər üzündən çətin yolun yerinə yetirilməsi mümkün olmasa, onda yüngülləşdirici yola icazə verilir. Rüxsətin nümunəsi kimi səfərdə olan adamın oruc tutmamasına və namazları qısaldılmış şəkildə qılmasına icazə verilməsini göstərmək olar. Başqa örnək donuz ətinə münasibətdədir. Ümumiyyətlə, donuz ətinin yeyilməsi müsəlmanlara haramdır. Ancaq acından ölmə təhlükəsi olarsa, onda sağ qalmaq üçün az miqdarda donuz ətini yemək mümkündür.
RUMİ MÖVLANƏ CƏLALƏDDİN
RÜKƏT

Digər lüğətlərdə