Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. == Toponimika == Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Mədrəs Universiteti
Mədrəs Universiteti (tam. சென்னைப் பல்கலைக்கழகம்) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. Kəlkətə və Mumbay universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir. == Tarixi == Universitetin əsası 5 sentyabr 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür. == Strukturu == Madras Universitetinin təşkilati strukturunu aşağıdakı qurumlar əhatə edir: Senat; Sindikat; Akademik Şura; Fakültələr; Maliyyə Komitəsi; Araşdırma Forumları. == Fəaliyyəti == Bu universitetə ​​bağlı olan bir sıra araşdırma qurumları tərəfindən dinə — təsəvvüfə dair bir çox əsər yayımlanmışdır. Buraya bağlı olan çox saydakı kolleclərin bir qismi İslami təhsil verməkdədir. == Kampusları == Universitetin 6 kampusu var: Çepauk kampusu; Marina kampusu; Quindi kampusu; Taramani kampusu; Çetput kampusu; Maduravoyal kampusu. == Məktəbləri == Universitetin nəzdində fəaliyyət göstərən məktəblər bunlardır: Tarixi Araşdırmalar Məktəbi; İctimai Elmlər Məktəbi; Siyasi və Beynəlxalq Araşdırmalar Məktəbi; İqtisadiyyat Məktəbi; Fəlsəfə və Dini Düşüncə Məktəbi; Gözəllik və Performans İncəsənəti Məktəbi; İngilis dili və Xarici Dillər Məktəbi; Tamil və digər Dravid Dilləri Məktəbi; Sanskrit və digər Hind Dilləri Məktəbi; Menecment Araşdırmaları Məktəbi; Riyaziyyat, Statistika, Kompüter Elmləri Məktəbi; İnformasiya və Kommunikasiya Araşdırmaları Məktəbi; Yer və Atmosfer Elmləri Məktəbi; Kimya Elmləri Məktəbi; Fizika Məktəbi; Həyat Elmləri Məktəbi; Təməl Tibb Elmləri Məktəbi; Nano Elm və Fotoniklər Məktəbi.
Qəçrəş
Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir. == Toponimikası == Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Məzrə
AzərbaycandaMəzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd.ErmənistandaBöyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Abdulla Mərraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Babarəhim Məşrəb
Babarəhim Məşrəb(1657-1711)—Özbəkistan şairi. == Həyatı == Babarəhim Məşrəb (1657-1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.
Fransis Mərraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən.Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Kəmaləddin Mərəşi
Kəmaləddin ibn Qəvaməddin əl-Hüseyni əl-Mərəşi (Amul, Mazandaran ostanı – 1398) — XIV əsr İran dövlət adamı və şair. == Həyatı == Kəmaləddin ibn Mir Qəvaməddin Təbəristanın Amul şəhərində dünyaya gəlmişdi. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan atası Seyid Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Əmir Teymur o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir. Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Əmir Teymur Mərəşiyyə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: "Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!" Seyid Kəmaləddin soruşur: "Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?" Əmir Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: "Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!" . Seyid Kəmaləddin Mərəşi 1398-ci ildə Kaşqarda vəvat edib.
Mədrəs Hindistan Texnologiya İnstitutu
Mədrəs Hindistan Texnologiya İnstitutu (hind भारतीय प्रौद्योगिकी संस्थान मद्रास) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Maryana Mərraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Mərəşi seyidləri
Mərəşi seyidləri — Nəsilləri Həmzə ibn Musanın törəmələrindən olan Əli əl Mərəşə yetişən soy adı. Mərəşilər İran, İraq, Kəşmir və Birləşmiş Ərəb Əmirliklərində yaşayırlar.
Qəçrəş bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təfriş şəhristanı
Təfriş şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Təfriş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 46,680 nəfər və 14,313 ailədən ibarət idi.
İffət Mərəşi
İffət Mərəşi (1 yanvar 1935, Kirman) — İran siyasətçisi və sabiq prezidenti Haşimi Rəfsəncaninin həyat yoldaşı.
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Bala Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Böyük Məzrə
Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük məzrə kəndinin yaranma tarixi XIV əsrin axırları (1387–1388), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı XVII əsrin ortalarında (1650) qədər Quluağalı, ikinci adı 1956-cı ilə qədər Böyük Məzrə, üçüncü adı isə 1988-ci ilin dekabrına qədər erməni dilində də həmin mənanı bildirən Mets Mazra olmuşdur. Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Vəliağa (Zod) Hüseynquluağa (Nərimanlı), Qaraiman (Oğruca) və Quluağa isə Böyük Məzrə kəndinin himini salmışdır. Kəndin ilk adı Quluağalı sözünün mənası, kəndin himini salan Qulu ağanın adı ilə bağlıdır.Kəndin ikinci adı Böyük Məzrə sözünün mənası iki mənanı kəsb edir. 1.Böyük Məzrə sözü ərəb dilində "Düzənlik", 2.Fars dilində isə "Bolluq və Bərəkətlik" mənasını bildirir. Kəndin ərazisinin əkin yerləri böyük düzənliklərdən ibarət olduğuna görə adı Böyük Məzrə adlandırılmışdır. Kəndin üçüncü adı olan Mets Mazra sözünün mənası erməni dilində də həmin mənanı bildirir. ХIХ əsrin оrtаlаrındа kəndin mаldаrlаrının "Аğdаş" və "Hаcı Qurbаn dərəsi" аdlı yаylаq yеrləri оlmuşdur.
Kiçik Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Məkəş (Talış)
Məkəş (fars. مكش‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).
Məzrə (Babək)
Məzrə (əvvəlki adı: Alagözməzrə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə şəklində də izah olunur. Oykonim Alagöz (ərazidəki eyniadlı dağın adı ilə bağlıdır) və məzrə (ər. "əkin yeri", "tarla") sözlərindən düzəlib, "Alagöz dağının ətəyində əkin yeri" deməkdir. == Tarixi == === Tarixi abidələri === Məzrə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sol sahilində, Zəngəzur silsiləsinin cənub-qərb ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Məzrə kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Mədrəsə
Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır. == Tarix == VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII-IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X-XIV əsrlərdə Islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar. Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi.
Xepreş
Xepreş — Qədim Misirin Yeni padşahlıq dövrünə aid hökmdar tacını adı. Xepreş "Mavi tac" və ya "Cəng tacı" mənasını da daşıyır. Bu taca adətən tarixi kitabələrdə təsvir olunmuş döyüş arabasında ova və ya döyüşə gedən firon hökmdarların başında rast gəlinir.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Abbasgöl məzrəsi
Abbasgöl məzrəsi-İrəvan əyalətini Sürməli nahiyəsində kənd adı. == Toponimik adı == Abbasgöl məzrəsi - 1728-ci ildə İrəvan əyalətini Sürməli nahiyəsində kənd adı. Bu toponimin Abbas hissəsi türk dillərində abıs keşiş, dindar sözündən təhrifdir. Abbasgöl Keşiş gölü mənasındadır, məzrə isə gölün adı ilə adlanmışdır.
Bioloji reqres
Bioloji reqres — taksonun fərdlərinin miqdarca azalması və arealının kiçilməsi, nəhayət sıradan çıxması. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Blazius Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Jorj Melyes
Jorj Melyes (ing. Maries-Georges-Jean Méliès; 8 dekabr 1861[…], Paris – 21 yanvar 1938[…], Paris) — məşhur Fransa komediya rejissoru, prodüseri, ssenaristi və aktyorudur.