RƏHBƏRLİK
RƏHMDİL
OBASTAN VİKİ
Aza Rəhmanova
Aza Həsən qızı Rəhmanova (rus. Аза Гасановна Рахманова; 17 sentyabr 1932, Bakı – 18 noyabr 2015, Sankt-Peterburq) — Azərbaycan əsilli sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001), Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək), tibb elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi (1998). O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi. "QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub. 11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir. Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub.
Aşıq Qurban Rəhməti
Aşıq Qurban Rəhməti (1970, Takab, Qərbi Azərbaycan ostanı – 8 dekabr 2017, Takab, Qərbi Azərbaycan ostanı) — Cənubi Azərbaycanlı tanınmış aşıq. == Həyatı == Aşıq Qurban Rəhməti 1970-ci ildə Cənubi Azərbaycanın Tikantəpə məntəqəsində anadan olmuşdur. İqtisadi çətinliklərə görə ailəsi ilə birlikdə sonralar Tehran şəhərinə köçmüşdür. == Yaradıcılığı == Aşıq Qurban Rəhməti qədim dövrlərdən Azərbaycan ədəbiyyatında mövcud olan bir çox dastanları əzbər bilməklə yanaşı, həm də özünün müəllifi olduğu xeyli şerləri vardır. Cənubi Azərbaycanda və ümumilikdə İranda çox tanınan Aşıq Qurban Rəhməti 2016-cı ildə Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olmuşdur. == Ölümü == 2017-ci ilin dekabr ayının 8-də infarkt nəticəsində vəfat etmişdir.
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Celi Əbdül-Rəhman
Celi Əbdül-Rəhman (ərəb. جيلي عبد الرحمن‎‎) (1931 - 24 avqust 1990) — XX əsrin ikinci yarısında Sudanın aparıcı şairlərindən biri olmuşdur. O, Şimali Sudanda Nil çayının adalarından olan kiçik Say adasında dünyaya gəlmişdir. Onun atası 1920-ci illərdə Misirə köçmüş və Misirin Əş-Şərqiyyə bölgəsindəki Kral sarayında qapıçı işləmişdir. Celi isə, Misirə iki yaşı olanda anası ilə birlikdə gəlmişdir. Ailələri böyük idi, üç bacısı və üç qardaşı var idi. O, şeir yazmağa 7 yaşından başlamışdır. 9 yaşı olanda isə o, bütün Quranı əzbərləmiş və buna görə kral mükafatı ilə təltif olunmuşdur. Celi ibtidai və orta təhsilini Qahirədə, Əl-Əzhər məktəbində tamamlamışdır. Əl-Əzhərdəki həyatı Celinin əsarət, zülm və sosial ədalətsizlik haqqındakı ideyalarını formalaşdırdı.
Emoməli Rəhmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Fazil Rəhmanzadə
Fazil Rəhmanzadə (tam adı: Fazil Şamil oğlu Rəhmzandə; 9 fevral 1942, Bakı) — Azərbaycanın yazıçı-publisisti. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi == Həyatı == Rəhmanzadə Fazil Şamil oğlu 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olmuşdur.1959-cu ildə Orta məktəbi bitirmişdir həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959–1964). Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor bir müddətlik fasilədən sonra isə müxbir kimi çalışmışdır. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.1961-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edir. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verir və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edir. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdir həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edir. İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi çalışır, daha sonra şöbə müdirinin müavini olur və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışır. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli , marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb etmişdir. Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırmışdır.
Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Gülüş fenomeni. Sabit Rəhman — rejissor Sənan Sultanovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız", "Ulduz", "Hicran" tamaşalarının, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin kadrlarından istifadə edilmişdir.
Hafiz Rəhmət xan Bəriç
Kuta Baba Hafız Rəhmət xan ibn Şah Aləm bin Mahmud xan Bəriç (d.1708 - ö. 1774) — Hindistanda hökm sürən kiçik Rohilla əfqan dövlətinin nəvvabı. == Həyatı == 1708-ci ildə doğuldu; atası, Qərbi Pakistanın Pişin bölgəsindəki Şurabəkdən Çeç Həzarəyə köç edən Əfqan Bəriç tayfasının rəisi Şah Aləm xandır. Şah Aləm xan, əski qulamlarından Davud xanın Hindistanın Kətir (indiki Rohilkənd) bölgəsində özlərinə xidmət etdiyi racə və zəmindarlar nəzdində nüfuz qazanıb yavaş yavaş yəni bir prənslik oluşturması üzərinə onun bu başarısına ortaq olmağı umarak Kətəhirə yönəldi; ancak Davud xanı qısqanması üzündən aralarında çıxan ixtilaf sonucu öldürüldü. Çox keçmədən Davud xanın da öldürülməsi üzərinə yərinə cəsur bir əsgər olan övladlığı Əli Məhəmməd xan keçdi və ona dəvrin Baburlu hökmdarı tərəfindən “nəvvab” ünvanı verildi. Əli Məhəmməd xandan cəsarət alan bölgədəki Əfqan əşirətləri (Rohillalar) Barəilly bölgəsində talana başladılar. Şikayətlər üzərinə Baburlu hökmdarı Nasırəddin Məhəmməd şah (1719-1748) onları cəzalandırmaq üçün hərəkətə keçdi. Ancaq Rohillalar Baburlulara qarşı umulmadıq bir zəfər qazandılar və daha fazla yer ələ keçirmək üçün cəsarətləndilər. Əskidən bəri yayılma siyasəti takib edən Əvəd nəvvabı Səfdər Cəng şiə olduğundan sünni Rohillalardan xoşlanmırdı. Bundan dolayı Baburlu hökmdarını Əli Məhəmmədə qarşı kışkırttı və düzənlənən səfər sonunda Əli Məhəmməd əsir alınıb Dehliyə götürüldü.
Hüseyn Rəhmanov
Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi. == Həyatı == H. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur. H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir. == Siyasi fəaliyyəti == 1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Həsən Rəhmanov
Həsən Əlipaşa oğlu Rəhmanov (dekabr 1900, Bakı – 1 oktyabr 1940, Azərbaycan SSR) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1936-1937). == Həyatı == Hüseyn Rəhmanovun qardaşı, Aza Rəhmanovanın atasıdır.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). == Həyatı == Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. == Yaradıcılığı == 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. == Həyatı == Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (Pərsabad)
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (fars. قشلاق اميرخانلوپل رحمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (31 ailə).
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). == Həyat yolu == 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Ramiz Rəhmanov
Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı – 15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi. == Həyatı və xidməti fəaliyyəti == 1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur. 1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb. 1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir. 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir.
Rəhman Əşrəfov
Rəhman Əşrəfov (tam adı: Əşrəfov Rəhman İsmixan oğlu; 22 may 1955, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Rəhman Əşrəfov 1955-ci ilin 22 may tarixində Bakının Binə qəsəbəsində anadan olub. Binədəki 29 nömrəli xəstəxanada sürücü işləyib. 6 ay əvvəl Gülsümxanım adlı bir qızla ailə həyatı qurmuşdu. İşlətdiyi Moskviç maşınında təxminən saat 23.00 radələrində yaralı apararkən özü də yaralanmışdır. Xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulmuş, maşın sıradan çıxdığından yaralılar xeyli yerdə qalmalı olmuşdur. Sonra xəstələr Mərdəkan xəstəxanasına gətirilmişlər. Rəhmanın vəziyyəti ağır olduğu üçün yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına dəyişdirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir.
Rəhmanlı (Əcəbşir)
Rəhmanlı (fars. رحمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (84 ailə).
Rəhmanqul Xan
Rəhmanqul Xan və ya Hacı Rəhman Qul Qutlu (1913, Rusiya imperiyası – 6 avqust 1990, Türkiyə) — Kiçik Pamirdəki Cənubi Türkistandakı (indiki Əfqanıstanın şimal hissəsi) qırğızların xanı (1949-1978). == Həyatı == Caparqul oğlu Rəhmanqul Tacikistanın Murqab bölgəsində (başqa bir məlumata görə, cənubi Qırğızıstandakı Çon Alay bölgəsində) 1913-cu ilin avqust ayında anadan olmuşdur. Atası Caparqul bir zamanlar Xokand xanı olmuş Xudayarın minbaşısı olmuşdur. Qırğızların Teyit adlı boyuna mənsub olmuşdur. Caparqulun Sovet hakimiyyəti qurulduqdan sonra Əfqanıstana köçdüyü bildirilir. 1938-ci ildə Rəhmanqul Əfqanıstandakı qırğızların xanı elan edildi. 1948-ci ildə xanlıqdan əl çəkib Pamir bölgəsinə keçmişdir. İki il sonra Çinin kommunist rejimi qurulduqdan sonra, əfqan Pamiri bölgəsinə geri dönmüşdür. Pakistana çatdıqda Bin-Təkə adlı yerdə Çin sərhəd qoruyucularını öldürmüş, silahlarını alıb Pamir bölgəsinə keçmişdir. Əfqanıstanın dövlət rəhbəri Zakir şah onu əz ətrafına çəkmiş və qırğızları onu təzədən xan seçmişdirlər.
Rəhmsiz (film, 1952)
Rəhmsiz — 1952-ci ildə məhəbbət janrında çəkilmiş hind filmidir. Film Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Rəhmsiz — Internet Movie Database saytında.
Rəhmət (Əbyəlil)
Rəhmət kəndi (başq. Рәхмәт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayın kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Rəhmət kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 79 km., kənd sovetliyindən (Bayın): 12 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat): 12 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Rəhmət Abad (Zərənd)
Rəhmət Abad (Zərənd) (Farsca: رحمت‌آباد (زرندیه)) — İran İslam Respublikasının Mərkəzi ostanında bir kəndır.
Rəhmətabad (Bicar)
Rəhmətabad (fars. رحمت آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 140 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Rəhmətabad (Xudabəndə)
Rəhmətabad (fars. رحمت اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (48 ailə).

Значение слова в других словарях