Rəşid Rəməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir.
15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı.
1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.