rəmdar 2021
rəməl
OBASTAN VİKİ
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Rəmənə Səyəhi
Ramana Sayahi (4 oktyabr 1982) — İran əsilli kanadalı Aktyor, model və vizajistdir. Səyahi İranın Əhvaz şəhərində anadan olub. O, həmçinin Kanadanın Toronto şəhərində yaşayır. O, təbii olaraq Ancelina Coliyə bənzədiyi üçün qrafika fakültəsinin məzunudur və hazırda model kimi işləyir və Torontoda model kimi işləyən aktyorluq təcrübəsi var. İlk dəfə 18 yaşında anası televiziyada bu qadının sənə nə qədər oxşadığını, Hollivud aktyoruna oxşadığını, amma o zamanlar onun üçün çox da əhəmiyyət kəsb etmədiyini göstərmişdi.
Rəşid Rəməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir. 15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı. 1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.

Digər lüğətlərdə