RƏNG
RƏNGARƏNG
OBASTAN VİKİ
Rəngarəng evkalipt
Rəngarəng evkalipt (lat. Eucalyptus diversicolor) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Rəngarəng kərtənkələcik
Rəngarəng kərtənkələcik (lat. Eremias arguta) — Kərtənkələcik cinsinə aid kərtənkələ növü. Orta ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 10 sm təşkil edir. Ayaqları üzərində açıq rəngli ləkələrlər olur. Bu ləkələrin kənarı isə tünd həlqə vardır. Qarın nahiyəsi ağdır. Əsasən yarımsəhra, səhra, çöl və dağ çöllərində yayılmışlar. Bəzi hallarda isə meşə-çöl sahəsində rast gəlinir. 2000 metr yüksəkliklərə qədər yayıla bilir.
Rəngarəng təlxə
Rəngarəng təlxə (lat. Hemorrhois ravergieri) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Rəngarəng təlxə 1.2 m uzunluğa malik olur. Bu növə Kiçik Asiyadan şimal-qərbi Çinə qədər olan ərazilərdə rast gəlinir. Cənubi Qafqaz ölkələrində, Türkmənistan, Tacikistan, Özbəkistan və Qazaxıstan ərazilərində yayılmış yarımnövlər tap örgənilmişdir. Bu növ əsasən qayalı və daşlı dağlıq ərazilərdə yayılmışdır. 2300 metr yüksəklikləyə qədər yayıla bilirlər. Onlara daşların altında, qəmiricilərin yuxalarında daha tez-tez rast gəlinir. Aktiv dövrü fevraldan noyabr-dekabr aylarına təsadüf edir. 5–18 yumurta qoyur (17–24 x 30–45 mm).
Rəngarəng varan
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Bitki aləminin rəngarəngliyi (film, 1953)

Значение слова в других словарях