RADİOELEKTRON

прил. радиоэлектронный. Radioelektron əks-təsiri радиоэлектронное противодействие, radioelektron müharibəsi радиоэлектронная война
RADİODİNLƏYİCİ
RADİOELEKTRONİKA
OBASTAN VİKİ
Radioelektron mübarizə
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti
Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti — Belarusda ali məktəb, İKT üzrə ixtisaslaşmış müasir universitetlərdən biri. == Tarixi və fəaliyyəti == Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin əsası 1964-cü il martın 15-i tarixində Belarusun Minsk şəhərində qoyulub. Fəaliyyətə başladığı tarixdən 1993-cü ilə qədər Belarus Radioelektronika İnstitutu adlandırılıb. Qeyd etmək lazımdır ki, institut Belarus Texniki Universitetinin bazasında yaradılıb. 1993-cü ildən Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti kimi fəaliyyət göstərir. Ali məktəb elmi tədqiqat və tədris mərkəzi olaraq informatika, radioelektronika və telekommunikasiya sahəsində mühəndislərin və elmi kadrların hazırlanmasında mühüm rol oynayır. Universitet fəaliyyətə başladığı dövdən indiyədək 44 min mühəndis, 745 elmlər namizədi, 70 elmlər doktoru hazırlayıb. İxtisasartırma institutu, elmi-tədqiqat hissəsi, aspirantura və doktorantura, təhsil metodikası idarəsi, gənclərlə tərbiyəvi iş idarəsi, informatizasiya və innovasiya işləmələri mərkəzi, kadrlar şöbəsi, hüquq şöbəsi, mühasibatlıq, maliyyə-plan şöbəsi, beynəlxalq əlaqələr idarəsi, tələbə şəhərciyi, informasiyaların mühafizəsi xidməti, tikilililərin ekspluatasiyası, təmiri və tikinti xidməti, əməyin mühafizəsi şöbəsi, "Braslav gölü" idman-sağlamlıq kompleksi, "İmpuls" qəzetinin redaksiyası, gənclik mərkəzi, yeyinti kombinatı DİRU-nun struktur bölmələridir. Universitetdə 10 fakültə fəaliyyət göstərir: kompüter layihələşdirilməsi, informasiya texnologiyaları və idarəetmə, radiotexnika və elektronika, kompüter sistemi və şəbəkəsi, telekommunikasiya, iqtisadiyyat mühəndisliyi, qiyabi təhsil, fasiləsiz və distant təhsil, universitetəqədər hazırlıq və peşəkar istiqamət, hərbi fakültə. Hazırda ali təhsil ocağında 38 kafedra var.
Xarkov Milli Radioelektronika Universiteti
Xarkov Milli Radioelektronika Universiteti və ya qısaca: XMRU (ukr. Харківський національний університет радіоелектроніки) – Ukraynada IV səviyyəli akkreditasiyalı ali təhsil müəssisəsidir. XMRU, Ukraynada informasiya texnologiyaları, radio mühəndisliyi və elektronika ilə əlaqəli demək olar ki, bütün ixtisasları olduğu bir universitetdir. Universitetin maddi-texniki bazası 10 təhsil binasını və 8 tələbə yataqxanasını əhatə edir. Universitetin strukturuna aşağıdakılar daxildir: Lisansüstü Təhsil Mərkəzi, Uzaqdan Təhsil Mərkəzi, İnformasiya və Hesablama Mərkəzi, Magistratura və Doktorluq Bölümü, 30 tədqiqat mərkəzi, pilot zavod. Universitetdə təxminən 8000 tələbə təhsil alır. Onlardan 1000 yaxın tələbə 50 ölkədən olan xarici tələbələrdir. Təlim Rus, Ukrayna və ingilis dilində aparılır. XMRU-in elmi nailiyyətləri ilə həm Ukraynada, həm də xaricdə tanınır, universitetdə məşhur elm adamlarının rəhbərliyi altında fəaliyyət göstərən 30 elmi məktəb var. XMRU-in elmi nailiyyətləri həm Ukraynada həm də xaricdə tanınır, universitetdə məşhur elm adamlarının rəhbərliyi altında fəaliyyət göstərən 30 elmi məktəb var.

Digər lüğətlərdə