Dnepr (radiostansiya)
Dnepr - Sovet hökumətinin cəbhə xəttində Ukrayna dilli mobil radiostansiyası. 1943 - 1944-cü illər ərzində Almanların Ukraynanı işğalı zamanı fəaliyyət göstərib.
Radiostansiyanın ilk yayımı Kiyevin Brovaridə Alman qoşunları tərəfindən işğalı zamanı "Danışır Qərb cəbhəsi" adı ilə yayımlanmışdı. Stalinqrad müharibəsi zamanı radiostansiya Ukrayna kommunist hökumətinin nəzarəti altına keçdi, daha sonra isə "Dnepr" adını aldı. Hökumət radiosu olaraq radiostansiyanın ilk yayımı 1 may 1943-cü ildə Voronej bölgəsinin Kalaç qəsəbəsində yayımlandı. Stalinqrad müharibəsi zamanı Alman qoşunlarının məğlub olub geri çəkilməsi ilə radiostansiya Qırmızı ordunun və cəbhə xəttinin əsgərləri ilə birlikdə tədricən Ukraynanın daxilinə keçdi. 1943-cü ilin avqust ayının sonunda stansiya Xarkov vilayətinin ərazisində , həmin ilin sentyabr ayında isə Alman aviasiyasının uğursuz partlayışından sonra Xarkov vilayətinin özündə yayımlanmağa başladı. Kiyev Sovet İttifaqının nəzarəti altına keçdikdən sonra stansiya bir neçə müddət hələ də Xarkovda fəaliyyət göstərirdi. 12 yanvar 1944-cü ildə radiostansiya Xarkovdan Kievə köçürülərək fəaliyyət yerini dəyişdi. 1944-cü ilin dekabr ayında isə fəaliyyətini dayandırdı.