Lobsang Rampa
Lobsang Rampa (8 aprel 1910, Plimpton[d], Devon qraflığı – 25 yanvar 1981[…], Kalqari, Alberta) — İngilis yazıçısı və Yeni Çağ fəalı Siril Henri Hoskinin ədəbi təxəllüsdür . Hoskin onun bədəninə köçmüş Tyuzdey Lobsanq Rampa adlı tibet laması olduğunu iddia edirdi. Ezoterizm, mistisizm və okkultizm mövzusunda çoxsaylı kitabların müəllifidir. Thyuzdey (ing. Tuesday ) guya Tibetlilərin uşaqlara həftənin günlərinə görə ad vermək adətindən irəli gəlir.
== Üçüncü Göz ==
1956-cı ilin noyabrında Böyük Britaniyada Tyusdey Lobsang Rampanın müəllifi olduğu "Üçüncü göz"adlı kitab nəşr edildi. Orada o, yeddi yaşında göndərildiyi Tibet monastırında böyüyüb başa çatdığı və keçirtdiyi dövrü haqqında məlumat verirdi. Kitabın adı trepanasiyaya bənzər əməliyyatla əlaqələndirilir. Lobsang Rampanın alnında kiçik bir deşik açıldı, onun vasitəsilə üçüncü gözü gücləndrildi və bununla da, auranı, insanın düşüncələrini görmə qabiliyyətini verdi. Kitabda əməliyyat belə təsvir olunur:Birdən çat eşidildi - alətin ucu sümükdən keçdi.