rasional nüvəsi

a rational kernel рациональное зерно
raxit
razı baxış
OBASTAN VİKİ
Rasional
Rasionalizm (lat. rationalis - ağlabatan) — ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyandır, insanların biliyinin və fəaliyyətinin əsasını ağıl təşkil edən bir üsul. Həqiqətin əqli meyarı bir çox mütəfəkkirlər tərəfindən qəbul olunduğundan, rasionalizm heç bir xüsusi fəlsəfənin xüsusiyyəti deyil; üstəlik, idrakda ağlın yeri haqqında mülayimdən, başqaları ilə bərabər zəkanın həqiqəti dərk etmək üçün əsas vasitə kimi tanındığı zamandan radikallığa, əgər rasionallıq yeganə əsas meyar hesab edilərsə, fərqli fikirlər mövcuddur. Müasir fəlsəfədə rasionalizm ideyaları, məsələn, rasional təfəkkür metodunu öz-özünə deyil, aparıcı sualların (mayevtika) köməyi ilə biliyin çıxarılması ilə birlikdə tətbiq etməyi təklif edən Leo Ştraus tərəfindən hazırlanmışdır. Fəlsəfi rasionalizmin digər nümayəndələri arasında Benedikt Spinoza, Qotfrid Leybnits, Rene Dekart, Georq Hegel və başqalarını göstərmək olar. Rasionalizm adətən həm irrasionalizmin, həm də sensasiyanın əksi kimi çıxış edir. Bir çox istiqamətlər fəlsəfəyə, o cümlədən rasionalizmə qarşı günahkar müxalifəti güdürdülər ki, bu da qədim yunan mütəfəkkiri Sokratın fəlsəfəsindən qaynaqlanır, o inanırdı ki, insanlar dünyanı tanımadan əvvəl özlərini tanımalıdırlar. O, bunun yeganə yolunu rasional düşüncədə görürdü. Yunanlar hesab edirdilər ki, insan bədən və ruhdan ibarətdir, ruh isə öz növbəsində irrasional hissəyə (duyğular və istəklər) və yalnız faktiki insan şəxsiyyətini təşkil edən rasional hissəyə bölünür. Gündəlik reallıqda irrasional ruh fiziki bədənə daxil olur, onda istəklər yaradır və bununla da onunla qarışır, dünyanın hisslər vasitəsilə qavranılmasını məhdudlaşdırır.
Rasional gözləntilər
Rasional gözləntilər nəzəriyyəsi (ing. Rational expectations theory) (qısaca — RGN) — əslən 1961-ci ildə Con F. Mut tərəfindən yaradılan və 1970-ci illərin ortalarında Robert Lukas tərəfindən inkişaf etdirilən (Lukas 1995-ci ildə İqtisadiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdür) habelə Kristofer Sims və Tomas Sarcent (Nobel mükafatına layiq görülmüşlər) İqtisadiyyatda "makroiqtisadiyyatda səbəb əlaqələrinin empirik bir araşdırması üçün") tərəfindən də inkişaf etdirilmişdir . Rasional gözləntilər nəzəriyyəsi adaptiv gözləntilər nəzəriyyəsindən fərqli olaraq inkişaf etdirilmişdir. Əsas fikir ondan ibarətdir ki, iqtisadi subyektlər gözləntilərin yalnız tədricən (asimptotik) dəyişikliklərə uyğunlaşdıqları adaptiv gözləntilər modelindən fərqli olaraq, mövcud olan bütün məlumatları istifadə edir və proqnozlarında (gözləntilərində) sistematik səhvlər etmirlər. Rasional gözləntilər nəzəriyyəsində gözləntilərin formalaşması modeli reallıqla ziddiyyət təşkil edir və təsdiqlənən proqnozlar verməyə imkan vermir. Nəzəriyyənin banisi John Moot, iqtisadi subyektlərin özlərində mövcud olan bütün məlumatlara sahib olduqlarını və onlardan iqtisadi təsəvvür etdikləri və doğru hesab etdikləri bir iqtisadiyyat modelində iqtisadi prosesi proqnozlaşdırmaq üçün istifadə etdiklərindən, subyektiv də olsa rasional olaraq hərəkət etdiklərindən irəli gəlir. Bu, bazar iştirakçılarının bazar mexanizmləri ilə tanış olduqlarını və qiymət dəyişikliyinə tələb və təklifin reaksiyasını proqnozlaşdırmağı bacardıqlarını göstərir. Rasional gözləntilər nəzəriyyəsi, gözləntilərin rasional gözləntilər nəzəriyyəsinin təklif etdiyi kimi mövcud olan bütün məlumatlara deyil, yalnız keçmişin göstəricilərinin müşahidəsinə əsaslandığı adaptiv gözləntilər nəzəriyyəsinə zidd olaraq inkişaf etdirilmişdir. Adaptiv gözləntilər nəzəriyyəsindəki tarazlıq yalnız asimptotik şəkildə əldə edilir, rasional gözləntilər nəzəriyyəsinin müəlliflərindən biri olan Tomas Sarcentə görə "yeni klassik makroiqtisadiyyatın əsas elementi ümumi tarazlığa sadiq qalmaq və optimallaşdırılmış strateji davranışdır". Rasional gözləntilər nəzəriyyəsi hələ də mübahisəli olaraq qalmaqda olan bir çox iqtisadi və siyasi nəticələrin əsasını təşkil edir.
Rasional ədədlər
Rasional ədədlər — müsbət mənfi kəsr ədədlə , tam ədədlər çoxluğu ilə birlikdə Rasional ədədlər çoxluğunu əmələ gətirir.Rasional ədədlər sonsuz dövri onluq kəsr şəklində olan ədədlərə deyilir. Yəni, istənilən natural ədəd, tam ədəd və kəsr ədəd rasionaldır. Kəsr şəklində olan rasional ədədlərdə surətdə tam ədəd,məxrəcdə isə natural ədəd olur. Rasional ədədlər nisbət kimi, yəni kəsr kimi göstərilə bilər. Rasional ədədlər m n {\displaystyle {\frac {m}{n}}} şəklində göstərilə bilən ədədlərdir, burada m {\displaystyle m} tam ədəd, n {\displaystyle n} isə natural ədəddir. Rasional ədədlər çoxluğu Q {\displaystyle \mathbb {Q} } ilə işarə olunur. İstənilən tam ədəd həm də rasional ədəddir, çünki istənilən tam ədədi məxrəci natural ədəd olan kəsr şəklində göstərmək mümkündür. Rasional ədədlərə nümunə olaraq:⅝;0.15;5.6789(2333) göstərmək olar.
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12–13 qr/sm3-dir. Temperaturu 4000–5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Rasional seçim nəzəriyyəsi
Rasional seçim nəzəriyyəsi — insanın iqtisadi, sosial, siyasi həyatında seçimlərini rasional bir varlıq kimi etməsinə əsaslanan nəzəriyyə. Bu nəzəriyyəyə görə insan bir rasional varlıq kimi fəaliyyətində və seçimində maksimum mənfəət əldə etməyə istiqamətlənmişdir. RSM nəzəriyyəsinin əsasında sosial mübadilə və rasional seçim haqqında iqtisadi nəzəriyyələr durur. RSM inkişaf edərək insanın fəaliyyət göstərdiyi bütün sahələrdə onun davranışını analiz etmək və proqnozlaşdırmaq üçün universal bir paradiqmaya çevrilmişdir. Nəzəriyyənin kökü XVIII əsrin ortaları-XIX əsrin əvvəllərinə, Şotlandiya əxlaq məktəbinin təlimlərinə söykənir. İlk dəfə olaraq onlar insanın individual rasional davranışı konsepsiyasını təklif etmiş, onunla ictimai hadisələrin izah edilməsinin məhsuldarlığına diqqəti çəkmişlər. Nəzəriyyənin başqa bir kökü kimi utilitarizm məktəbini götürmək olar. Bu məktəbin banisi C.Bentam onun əsas prinsiplərini irəli sürmüşdür. Utilitaristlər insan davranışına müəyyən növ aprior ideyalar və streotiplər əsasında baxmaqdan imtina edərək, insanın fəaliyyətinin nəticəsinə çox böyük diqqət yetirməyə başladılar.
Atmosferdə kondensasiya nüvəsi
Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4–8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10–7-2•10–5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.
Əməliyyat sisteminin nüvəsi
Nüvə (kompüter) — əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvə Monolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Top nüvəsi qaçışı
Top nüvəsi qaçışı (ing. The Cannonball Run) – 1981-ci ildə Komediya janrında çəkilən ABŞ filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Qiymətləndirməylə filmin büdcəsi 16 ilə 18 milyon arasıdır. Cey-Cey MakLur və Seymor Qoldferb oğrudurlar. Onlar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər Konnektikut ştatından Kaliforniya ştatına getməlidilər. Yarışın qalibi isə çoxlu pul gözləyir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Amma polislər bu oğruları izləyirlər...
Top nüvəsi qaçışı 2
Top nüvəsi qaçışı 2 (ing. The Cannonball Run 2) – 1984-cü ildə macəra-komediya janrında çəkilən filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Yarışçılar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər filmin birinci hissəindən fərqli olaraq qərbdən şərqə, Kaliforniya ştatından Konnektikut ştatına getməlidilər. Şeyx tərəfindən isə Yarışın qalibinə isə 1 milyon $ pul veriləcəkdir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Əvvəlki yarışda dostu Seymor üzündən məğlub olan Cey-Cey yenidən bu yarışmada iştirak edir... 1985: "Golden Screen" 1985: "Qızıl moruq" mükafatı Top nüvəsi qaçışı Sürət zonası Top nüvəsi qaçışı 2 — Internet Movie Database saytında.
Top nüvəsi qaçışı (film, 1981)
Top nüvəsi qaçışı (ing. The Cannonball Run) – 1981-ci ildə Komediya janrında çəkilən ABŞ filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Qiymətləndirməylə filmin büdcəsi 16 ilə 18 milyon arasıdır. Cey-Cey MakLur və Seymor Qoldferb oğrudurlar. Onlar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər Konnektikut ştatından Kaliforniya ştatına getməlidilər. Yarışın qalibi isə çoxlu pul gözləyir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Amma polislər bu oğruları izləyirlər...
Top nüvəsi qaçışı 2 (film, 1984)
Top nüvəsi qaçışı 2 (ing. The Cannonball Run 2) – 1984-cü ildə macəra-komediya janrında çəkilən filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Yarışçılar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər filmin birinci hissəindən fərqli olaraq qərbdən şərqə, Kaliforniya ştatından Konnektikut ştatına getməlidilər. Şeyx tərəfindən isə Yarışın qalibinə isə 1 milyon $ pul veriləcəkdir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Əvvəlki yarışda dostu Seymor üzündən məğlub olan Cey-Cey yenidən bu yarışmada iştirak edir... 1985: "Golden Screen" 1985: "Qızıl moruq" mükafatı Top nüvəsi qaçışı Sürət zonası Top nüvəsi qaçışı 2 — Internet Movie Database saytında.