RASKOL

XVII əsrin ortalarında Rusiyada bir sıra təriqətlərin əmələ gəlməsilə nəticələnən dini hərəkat.
RASİXUN
RATİB
OBASTAN VİKİ
Fyodor Raskolnikov
Fyodor Fyodoroviç Raskolnikov (rus. Фёдор Фёдорович Раскольников; 28 yanvar (9 fevral) 1892 və ya 1892, Sankt-Peterburq – 12 sentyabr 1939, Nitsa)— sovet hərbi və dövlət xadimi, diplomat. 1892-ci ilin yanvarında Sankt-Peterburqda keşiş ailəsində dünyaya göz açır. Politexnik institutunda təhsil alır, 18 yaşı olanda bolşevik partiyasına üzv olur. 1-ci Dünya Savaşını "imperialistlərin savaşı" saydığından müharibədə iştirakdan imtina edir. Oktyabr İnqilabının fəal iştirakçısı, inqilabdan sonra Hərbi dəniz komissarı Trotskinin müavini. 1918-ci ilin dekabrında Tallində "Spartak" və "Avtroil" gəmilərinin ekipajı ilə birlikdə ingilislər tərəfindən əsir götürülür, 6 ay Brikston türməsində saxlanılır və Rusiyada saxlanılan 19 Britaniya zabiti ilə dəyişdirilir. 1919-cu ilin iyulundan Volqa-Xəzər hərbi donanmasının komandanı təyin olunur, Bakıda Sovet hakimiyyətinin qurulmasında iştirak edir, elə həmin dövrdə də Ənzəli ekspedisiyasına başçılıq edir. 2 dəfə Qızıl Ulduz ordeni ilə təltif olunur. 1922-ci ildən başlayaraq Raskolnikov artıq diplomatik fəaliyyətdədir.
Raskolnikov (film, 1923)
Раскольников / Raskolnikow
Rodion Raskolnikov
Rodion Romanoviç Raskolnikov — Fyodor Dostoyevskinin 1866-cı ildə qələmə aldığı məşhur Cinayət və Cəza romanının baş obrazı. Raskolnikov 1860-cı illərdə Sankt-Peterburqda yaşayan, əvvəllər hüqüq fakültəsində oxusa da, təhsilini yarıda saxlamağa məcbur qalmış olduqca müflis bir gəncdir. O, imkansızlıqdan nadirən yemək yeyir, köhnə paltarlardan yastıq kimi istifadə edərək divanda yatır və kirayə tutduğu kiçik çardaqda yaşamağa çalışır. Rodion Raskolnikov öz əvvəlki tələbə yoldaşları ilə elə də yaxşı yola getməsə də, bacısı Avdotya Romanovnaya və anası Pulxeriya Aleksandrovnaya olduqca sadiqdir. Özü haqqında ziddiyyətli düşüncələri olan yoxsul tələbə Raskolnikova görə həyatda iki tip insan mövcuddur: adi insanlar və üstün insanlar. Əksəriyyət adi insan kateqoriyasına aiddir, onlar sadə həyat sürür, böyük bir iş görmür, tarixə düşmədən ölüb gedirlər. Ancaq üstün insanlar adi insanlardan çox fərqlənirlər. Onlar bu dünyaya çox daha nadir hallarda gəlir, daim yeniliklərə və irəliyəyişlərə qədəm qoyur, hətta tarixin axarını dəyişirlər. Raskolnikova görə adi insanlara şamil edilən qayda və qanunlar üstün insanlara aid deyil, onlar yeri gələndə öz amalları uğruna qanunları poza, öz ideyalarına çatmaq üçün hər işs əl ata bilərlər. Raskolnikov üstün insana daha çox Napoleon Bonapartı misal gətirir.