Əhməd Ratib Paşa
Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I Mahmud və III Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır.
Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir.