Rauf Xəyyam oğlu Cahangirov (24 avqust 1998; Maşxan, Astara rayonu, Azərbaycan – 2 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rauf Cahangirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maşxan, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Maşxan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Xəyyam Cahangirov |
Anası | Ülviyyə Cahangirova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Rauf Cahangirov 1998-ci il avqustun 24-də Astara rayonunun Maşxan kəndində anadan olmuşdur.[1] 2015-ci ildə Maşxan kənd orta məktəbini bitirmiş, 2015–2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili almışdır.
2019–2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan üç ay sonra könüllü orduya yazılmış və 21 sentyabrdan təlimlərə qatılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rauf Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Cahangirov noyabrın 2-də Şuşanın azad edilməsi zamanı şəhid olub. 17 dekabrda Astara rayonunun Maşxan kəndində dəfn olunub.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]