Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması
Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması — Azərbaycanın fiziki-coğrafi cəhətdən rayonlaşdırılması.
== Ümumi məlumat ==
Azərbaycanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir.
Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Orta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi vilayətə və 19 fiziki-coğrafi rayona bölünür.
Azərbaycan Respublikası ərazisinin fiziki- coğrafi rayonlaşdırılması son 40–45 il ərzində bir sıra tədqiqatçılar (Şıxlinski, Zavriyev, 1949; Zavriyev, 1955; Gül, Müseyibov, 1958; Kərimov, 1959; Müseyibov, 1961; Qvozdetski, 1964; Müseyibov, Budaqov, Kərimov , Şirinov 1965 və b.) tərəfindən aparılmışdır.