Motor yağlarının regenerasiyası
Motor yağlarının regenerasiyası – işlənmiş yağların bərpası deməkdir.
== Motor yağları ==
Motor yağları porşen və rotorlu daxili yanma mühərriklərinin yağlanması üçün istifadə olunur.Avtomobil parkı artdıqca onlarda istifadə olunan yağların istehsalı da artır. Bu məhsul ətraf mühit üçün kifayət qədər zərərli olduğundan, istifadə edildikdən sonra utilizə və ya regenerasiya edilməlidir, yəni yağın ilkin xassələrini mümkün qədər bərpa etmək və təkrar istifadəyə yönəltmək zəruridir. Problemin aktuallığı həmçinin onunla da bağlıdır ki, mütəxəssislərin proqnozlarına görə, yağların tərkrar istismara yönəldilməsi hər il 5-7% artmaqda davam edəcək.
Qeyd etmək lazımdır ki, işlənmiş yağın regenerasiyası asan məsələ deyil. Bu proses yalnız neft emalı zavodlarında aparıla bilər.
== İşlənmiş yağların qrupları ==
Təyinatına görə bütün işlənmiş yağlar şərti olaraq üç qrupa bölünür:
İşlənib keyfiyyətini itirmiş yağlar - dizel, aviasiya, həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunmuş motor yağları;
İşlənmiş sənaye yağları - transformator, hidravlik, kompressor və turbin yağları;
İşlənmiş neft məhsullarının qarışıqları - rezervuarların və boruötürücülərin təmizlənməsi nəticəsində yığılmış, həmçinin tullantı suları təmizləyən qurğularından çıxarılmış neft məhsulları.
== İşlənmiş yağlarının regenerasiya üsulları ==
Sulfat turşusu ilə təmizləmə üsulu.Bu usulla işlənmiş yağlar qüvvətli mineral turşular, əsasən, sulfat turşusu vasitəsilə ilə təmizlənir. Sonra gillərlə onların ağardırılması aparılır. Bu üsulun çatışmayan cəhəti - yağın çıxımının az olmasıdır (məhsulun 50%-i turş qudrona çevrilir).