Reha Oğuz Türkqan
Reha Oğuz Türkqan (d. 12 oktyabr 1920, İstanbul, - ö. 18 yanvar, 2010, İstanbul), türk hüquqşünas, tarixçi, yazıçı, türkoloq, psixoloq, ssenarist, gələcəkçi (futurist) və ordinaryus professor. Doğum tarixini daha sonra Türkçülük günü olaraq qeyd edilən 3 may olaraq dəyişdirmişdir.
1920-ci ildə İstanbulda anadan olmuşdur. Atası Xalid Ziya bəy, Anası isə Saibə xanımdır. Dövrünə görə mükəmməl təhsil almışdır.
Müqəddəs İosif Liseyi və Kabataş Liseyində təhsil almışdır. Qalatasaray Liseyinə keçdikdən sonra atası Xalid Ziya Türkqanın Qeydiyyat və Əmlak İdarəsi müdirliyinə təyin edilməsilə Ankarada Qazi Liseyinə keçmişdir.
Ankara Universiteti Hüquq fakültəsi məzunu olmuş, İstanbul Universitetində magistr təhsili almışdır.