İnsanın seksual reaksiyası tsikli
İnsanın seksual reaksiyası orqazma gətirib çıxaran və onu izləyən fizioloji və emosional dəyişikliklər məcmusudur. Fiziki və emosional dəyişikliklər, fərd cinsi əlaqə, barmaqlama və ya masturbasiya da daxil olmaqla cinsi oyanmanı stimullaşdırıcı fəaliyyətlərlə məşğul olduqda ardıcıl olaraq baş verir. Beləliklə, baş verən dəyişikliklər seksual reaksiyalar tsiklini təşkil edir. Seksual reaksiya tsiklinin hər bir mərhələsində orqanizmin necə reaksiya verdiyini bilmək cinsi partnyorlarla münasibətləri yaxşılaşdırmağa və cinsi disfunksiyanı aradan qaldırmağa kömək edə bilər.
İstənilən fərd müxtəlif vaxtlarda müxtəlif şeylər tərəfindən cinsi fəaliyyətə stimullaşdırıla bilər, lakin seksual reaksiya dövrünün fazaları həmişə eyni qalacaq. Hər kəsin özünəməxsus cinsi təcrübələri var. Müxtəlif tədqiqatçılar seksual reaksiya dövrünün müxtəlif modellərini yaratmışlar. Tipik olaraq modellər üç, dörd, beş və ya səkkiz fərqli fazadan ibarətdir. Hər bir mərhələnin spesifik komponentləri modellər arasında fərqlənir:
Helen Singer Kaplan, insanın seksual reaksiya tsiklinin üç mərhələli konsepsiyasını təklif etmişdir: cazibə, oyanma və orqazm.
Lif "İnsanın seksual reaksiyası" kitabında seksual reaksiya dövrünün beş mərhələsini təsvir etmişdir: cazibə, oyanma, qızarma, orqazm və məmnunluq .