REGENT
RELAQİANÇILAR
OBASTAN VİKİ
Rekviyem
Rekviyem (latın mətninin ilk sözündən: "Requiem aeternam dona eis, Domine" – "İlahi, onlara əbədi rahatlıq ver") — mərhumun xatirəsinə həsr olunmuş dini matəm messası. Təntənəli katolik messasının "Gloria" ("Eşq olsun"), "Credo" ("Etiqad edirəm") hissələri rekviyemdə "Requiem", "Dies irae" ("Qəzəb günü"), "Lacrimosa" ("Göz yaşı") və s. ilə əvəz olunmuşdur. Rekviyem Qriqori xoralları melodiyalarından yaranmış, XV əsrdə həmin melodiyaların çoxsəsli işləmələri meydana gəlmişdir. XVII-XVIII əsrlərdə rekviyem xor, solist və orkestr üçün iri həcmli silsilə əsərə çevrilmiş, Qriqori xorallarının melodiyaları bəstəkarların orijinal musiqisi ilə əvəz olunmuşdu. Rekviyemin ən görkəmli nümunələri konsert salonlarında ifa edilir. Volfqanq Amadey Motsart (Rekviyem d-Moll (KV 626)) , Hektor Berlioz, Cüzeppe Verdi və İohannes Bramsın rekviyemləri geniş şöhrət qazanmışdır. XX əsrdə bəstəkarlardan Dmitri Kabalevski, Bencamin Britten ("Hərbi rekviyem") və başqaları rekviyem nümunələri yaratmışlar.
Rekviyem (Motsart)
Rekviyem d-Moll (KV 626) — Motsartın 1791-ci ildə yazdığı sonuncu əsəri. Rekviyemin yalnız 2/3 hissəsinin Motsarta aid olmasına baxmayaraq, o, Motsartın ən yaxşı əsəri kimi qəbul olunur. Motsart əsəri tamamlamamış dünyasını dəyişib. Bu əsər sifarişli əsər olduğu üçün, Motsartın ölümündən sonra, onu arvadı Konstansiya Motsartın adından, bəstəkarın şagirdləri Cozef Eybler və Frans Xaver Züsmayer tamamlayıblar. Buna aid olan tarixi faktlar və sonrakı tamamlama prosesinin doğrudanda bu insanlar tərəfindən həyata keçirilməsi, bu gün hələdə sual altındadır. Əsərin sifarişi və Motsartın əsəri yazdığı ərəfədə dünyasını dəyişməsi də bu əsərlər bağlı çoxlu şaiyələrin yayılmasına səbəb olub. Ölümündən bir neçə il əvvəl Motsart öz işlərini çox zaman kilsə musiqisinə həsr edir. 1787-ci ildən 1791-ci ilə qədər o bir neçə "Kyrie" fraqmenləri (kilsə musiqiləri) yazmışdı. Kilsə musiqisi sahəsində özünə bir bəstəkar kimi yer etmək üçün, Motsart 1791-ci ilin aprel ayında San Stefan kilsənin musiqi rəhbəri Leopold Hofmana, onun yanında adjunkt (köməkçi) kimi işləməsi barədə müraciət edir. Bu iş yerinin pulsuz təmin olunmasına baxmayaraq, Motsart 2000 qulden (qızıl/gümüş) məbləğində olan bir gəlir əldə edib.
Bir yuxu üçün rekviyem
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
Xocalı rekviyemi
Xocalı rekviyemi (rus. Реквием Ходжалы) - müasir Rusiya bəstəkarı, pianist, pedaqoq, ictimai xadim, Rusiya Federasiyasının xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru, bəstəkar Boris Çaykovskinin qardaşı oğlu Aleksandr Çaykovski tərəfindən bəstələnmiş və Xocalı soyqırımına həsr edilmiş iki hissəli rekviyemdir. Xocalı rekviyemi Aleksandr Çaykovski tərəfindən, xüsusi olaraq Azərbaycanın Qəbələ şəhərində keçirilən klassik musiqi festivalında ifa edilməsi üçün yazılmışdır. Əsər yalnız Xocalı faciəsindən bəhs etmir, eyni zamanda müharibə dəhşətləri ilə üzləşmiş bütün insanlara həsr edilir. Müəllif özü əsərin yazılmasından bəhs edərkən deyir: Çaykovski qeyd edir ki, bu əsər ilə o, dünyanın müxtəlif yerlərində yaşayan və müharibə dəhşəti yaşamış insanlara musiqiçilərin dəstəyini ifadə etməyə çalışıb: Aleksandr Çaykovski öz əsərində Azərbaycanın qədim musiqi janrı olan muğamdan aktiv istifadə edir. Rekviyemin premyerası 7 avqust 2012-ci ildə IV Qəbələ Musiqi Festivalının bağlanış günündə baş tutub. Əsər "Moskva solistləri" orkestri tərəfindən ifa edilmişdir. Novaya Rosiya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, Moskva solistləri kamera orkestrinin yaradıcısı Yuri Başmetin idarə etdiyi konsertdə, həmçinin, Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Rusiya-ABŞ violonçelist və drijoru, pianist Oksana Yablonskaya və qoboyist Albert Zayontsun oğlu Dmitri Yablonski (violonçel) və Azərbaycanın Əməkdar Artisti Sahib Paşazadə (tar) də iştirak etmişlər. Açılış sözündə Çaykovski qeyd etmişdir ki, rekviyem Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu Dmitri Yablonskinin dəstəyi ilə yaradılmışdır. Xocalı soyqırımı Xocalı 613 - hadisəyə həsr edilmiş musiqi pyesi.

Digər lüğətlərdə