Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paralimpiya Oyunları
== Tarixi == Dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır. 1960-cı ildə Romada keçirilən 1-ci Paralimpiya Oyunlarında 23 ölkənin 400 idmançısı iştirak etmişdir. 1988-ci il Seul Yay Oyunlarından və 1992-ci il Albervil Qış Oyunlarından başlayaraq Paralimpiya Oyunları, Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başlamışdır. 2000-ci il XII Sidney 11-ci Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdu. Bu Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici idi.
Qış Paralimpiya Oyunları
Qış Paralimpiya Oyunları — fiziki maneəli idmançıların rəqabət apardığı beynəlxalq idman hadisəsi.
Yay Paralimpiya Oyunları
Yay Paralimpiya Oyunları — fiziki maneəli idmançıların rəqabət apardığı beynəlxalq idman hadisəsi.
1960 Yay Paralimpiya Oyunları
1960 Yay Paralampiya Oyunları və ya I Yay Paralimpiya Ouynları ― 1960-cı ilin 18 sentyabrından 25 sentyabrına qədər davam edən İtaliyanın paytaxtı Roma şəhərində baş tutmuş Yay Paralimpiya Oyunları. Rəsmi şəkildə keçirilmiş ilk Yay Paralimpya Oyunları turniridir. Yarışlar Stadio Olimpicoda keçirilmişdir. == İdman növləri == 1960 Yay Paralampiya Oyunlarında 9 idman növü üzrə yarışlar təşkil olunmuşdur: Oxatma Atletika Dartatma Snuker Üzgüçülük Masaüstü tennis Təkərli arabada qılıncoynatma Təkərli araba basketbolu Təkərli araba gimnastikası == Medal sıralanması (İlk 10-luq) == Ev sahibi ölkənin adı tünd rəngli fonda göstərilmişdir.
1996 Yay Paralimpiya Oyunları
1996 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə X Yay Paralimpiya Oyunları — 1996-cı il avqustun 16-dan 25-nə qədər Birləşmiş Ştatların Atlatna şəhərində baş tutan Yay Paralimpiya Oyunları. Atlanta Paralimpiadasının medal sıralanmasında birinci yeri, 47 qızıl, 46 gümüş və 66 bürünc medal qazanan Birləşmiş Ştatlar yığması tutdu.
2000 Yay Paralimpiya Oyunları
2000 Yay Paralimpiya Oyunları 2000-ci il oktyabrın 18-dən 29-dək keçirilib. 18 idmanda yarışaraq, 561 mükafat seti oynanıb. Talisman - kərtənkələdir. Bunlar cənub yarımkürəsində ilk Paralimpiya oyunları idi. == İştirakçı ölkələr == Müsabiqələrə 122 ölkədən 3879 idmançı (2889 kişi, 990 qadın) gəldi.
2002 Qış Paralimpiya Oyunları
Qış paralimpiya oyunları 2002 (ing. 2002 Winter Paralympics) — 7-16 mart tarixlərində ABŞ-nin Solt Leyk Siti şəhərində keçirilmişdir. 36 ölkədən 416 atlet iştirak etmişdir. == Medallar == == İştirakçılar == Hər bir ölkədən gələn idmançıların sayı mörtərzədə verilib.
2012 Yay Paralimpiya Oyunları
2012-ci il Yay Paralimpiya Oyunları — Böyük Britaniyanın London şəhərində 29 avqust — 9 sentyabr 2012-ci il tarixində keçirilib. == İştirakçı ölkələr == 2012-ci il Yay Paralimpiya Oyunlarında 166 ölkədən idmançılar iştirak edir.
2016 Yay Paralimpiya Oyunları
2016 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XV Yay Paralimpiya Oyunları — 2016-cı il sentyabrın 7-dən 18-nə qədər Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan Yay Paralimpiya Oyunları. Rio-de-Janeyro Paralimpiadasının medal sıralanmasında birinci yeri, 107 qızıl, 81 gümüş və 51 bürünc medal qazanan Çin yığması tutdu.
2020 Yay Paralimpiya Oyunları
2020 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XVI Yay Paralimpiya Oyunları — 2020-ci il avqustun 25-dən sentyabrın 6-na qədər Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutacaq Yay Paralimpiya Oyunları.
2024 Yay Paralimpiya Oyunları
2024 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XVII Yay Paralimpiya Oyunları — 2024-cü il sentyabrın 4-dən 15-nə qədər Fransanın paytaxtı Paris şəhərində baş tutacaq Yay Paralimpiya Oyunları.
2028 Yay Paralimpiya Oyunları
2028 Yay Paralimpiya Oyunları və ya rəsmi adı ilə XVIII Yay Paralimpiya Oyunları — 2028-ci ildə Birləşmiş Ştatların Los-Anceles şəhərində baş tutacaq Yay Paralimpiya Oyunları.
Qış paralimpiya oyunları 2002
Qış paralimpiya oyunları 2002 (ing. 2002 Winter Paralympics) — 7-16 mart tarixlərində ABŞ-nin Solt Leyk Siti şəhərində keçirilmişdir. 36 ölkədən 416 atlet iştirak etmişdir. == Medallar == == İştirakçılar == Hər bir ölkədən gələn idmançıların sayı mörtərzədə verilib.
Uşaq Paralimpiya İdman Oyunları 2015
Uşaq Paralimpiya İdman Oyunları 2015 — 6 noyabr tarixində Sumqayıtda yerləşən Paralimpiya İdman Kompleksində keçirildi.
1964 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1964-cü il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1968 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1968-cı il Tel-Əviv Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
2020 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 2020-cı il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medalların sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
Azərbaycan Paralimpiya Oyunlarında
== Tarixi == === 1996—2000-ci illər: Paralimpiadada debüt === === 2004—2008-ci illər: Paralimpiadada birinci uğurlar === === 2012—2016-cı illər: Paralimpiadada tərəqqi dövrü === === 2020-2022-ci illər: Paralimpiadada tarixi nəticə === == Nəticələri == == İdmançılar üzrə göstəricilər == === Medalların əyarına görə idmançıların göstəriciləri === 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan Paralimpiya Oyunlarında qadın güllə atıcısı Yelena Taranova gümüş medala sahib oldu. Bu Azərbaycanın Paralimpiadalarda qazandığı birinci medal oldu. 2004-cü il Afina Paralimpiadasında isə Azərbaycan idmançıları Paralimpiadalarda birinci qızıl medallara sahib oldu. Əvvəl yüngül atlet Oleq Panyutin, sonra isə cüdoçu İlham Zəkiyev turnirin qalibi oldu. Dörd il sonra baş tutan turnirdə də cüdoçu İlham Zəkiyev 2-ci dəfə Paralimpiya Oyunlarının qalibi oldu və bu uğura imza atan birinci idmançı oldu. Amma onun bu uğurunu 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiada da yüngül atlet Oleq Panyutin yenilədi. Turnirdə bir qızıl və bir bürünc medala sahib olmaqla Oleq Panyutin, Paralimpiadalarda qazandığı medalların sayını dördə (2 qızıl və 2 bürünc) qaldırdı. 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında heç bir idmançı onun bu nailiyyətini yeniləyə bilmədi. 2021-ci ildə Yaponiyada baş tutan Paralimpiya Oyunlarında üzgüçü Roman Saleh üç qızıl medala sahib olmaqla həm Oleq Panyutinin nailiyyətini yenilədi, həm də üç dəfə Paralimpiadanın qalibi olmağı bacaran birinci idmançı oldu. 2021-ci il avqustun 31-dən üzgüçü Roman Saleh Paralimpiya Oyunlarında qazanılan medalların əyarına görə ən yaxşı idmançıdır.
Paralimpiya İdman Kompleksi
Paralimpiya İdman Kompleksi 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin XI Sidney Yay Paralimpiya Oyunlarında iştirak etmiş paralimpiyaçılarla görüşündə əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə qərar vermişdir. Kompleksin tikintisinə 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin xətti ilə Sumqayıt şəhərində başlanıb və 2008-ci il avqustun 28-də idmançıların istifadəsinə verilib. Kompleksin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. == Haqqında == Kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb. Kompleksin qapalı hovuzunun uzunluğu 25, eni 10 metrdir. == Memarlıq quruluşu == Əsas idman salonu cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulub və burada quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə bilər.
Aclıq Oyunları
Aclıq Oyunları — ABŞ yazıçısı Suzanna Kolins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır. Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir. Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur.
Afrika Oyunları
Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir. == Haqqında == Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür. == Medalçılar == İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var.
Asiya Oyunları
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi. == Turnirin arxivi == == Ən dəyərli oyunçular == Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir.
Avropa Oyunları
Avropa Oyunları (ing. European Games) — 2015-ci ildən etibarən hər dörd ildən bir baş tutan idman yarışları. Avropa Olimpiya Komitələrinin nəzarəti altında Avropa qitəsinin idmançıları arasında regional beynəlxalq idman yarışlarıdır. İlk Avropa Oyunları 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçirilmişdir. == Avropa Oyunları == == İdman növləri == Siyahıda Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri qeyd olunur. 2015-ci ilin oyunlarının rəsmi saytına əsasən, bu il yarışlar 30 idman növü üzrə keçirilib.
Azərbaycan Oyunları
Bu səhifədə Azərbaycan oyunlarının siyahısı verilmişdir.
Birlik Oyunları
Birlik Oyunları (ing. Commonwealth Games) — Millətlər Birliyi arasında keçirilən idman oyunları. == Oyunun buraxılışları == Qeydlər1Daxil olunub 3 komanda idmanı 2Daxil olunub 4 komanda idmanı === Ümumi qalib olan ölkələr === Rekord (*)Qeydlər* 1911-ci ildə Londonda keçirilən İnter-İmperiya Oyunları hazırkı Birlik Oyunlarının sələfi sayılır.**Böyük Britaniya oyunlarda ayrılmış ölkələr, Britaniya dəniz əraziləri və Taxt-tac əraziləri kimi iştirak edir.
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).