REPATRİASİYA

сущ. репатриация:
1. возвращение на родину военнопленных и гражданских лиц, оказавшихся за её пределами вследствие войны
2. возвращение на родину эмигрантов с восстановлением в правах гражданства
REOSTAT
REPERTUAR
OBASTAN VİKİ
Repatriasiya
Repatriasiya (lat. repatriate) və ya vətənə qayıtma — əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması. O cümlədən, xaricdən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır. İnsan repatriasiyası könüllü və məcburi olur. Könüllü repatriasiyanın ilk dəfə formallaşmış prinsipi II Dünya Müharibəsinin nəticələrindən biri idi. Bu prinsipə əsasən, repatriasiyanın şərti qayıtmağa qarşı olan dəqiq və yaxşı müəyyənləşdirilmişdir faktorların olmaması idi. Halbuki, II Dünya Müharibəsindən sonra gələn Soyuq müharibə dövründə qayıtma tez-tez qərbin marağlarının üçün (o vaxt qaçqınların böyük hissəsi qərbi ölkəldə məskunlaşırdı) daha uyğun olan başqa həll yollarının xeyrinə kənara qoyulurdu. Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hüquqi cəhətdən məcburi deyil, halbuki ondan sonra qəbul olunmuş hüquqi cəhətdən məcburi olan beynəlxalq və regional sənədlər bu bəndin təsrinin nəticəsində geri qayıtmaq hüququnu qəbul edib. Ermənistan, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Filippin, İspaniya, Cənubi Koreya və Türkiyə kimi ölklərin repatriasiya haqqında qanunları var.

Digər lüğətlərdə