REYD STANSİYASI

Dənizin sahil zonasında daimi coğrafi koordinatları olub müntəzəm fəaliyyət göstərən okeanoqrafik stansiya.
REOBENTOS
RƏNGLİ AEROFOTOŞƏKİLÇƏKMƏ
OBASTAN VİKİ
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Brendon Reyd
Brendon Reyd (18 mart 1994) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Brendon Reyd Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Brendon Reyd 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 58.696 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu.
Reyd (termin)
Reyd ya Lövbərsalma (ing. Roadstead, fr. Rade) — dənizçilik termini olub, gəmilərin limanda və ya dəniz buxtasında gözləmə mövqeyi tutaraq lövbər saldığı dayanacaq akvatoriyasına deyiliir.
Tara Reyd
Tara Reyd (ing. Tara D. Reid; 8 noyabr 1975) — ABŞ aktrisası. == Həyatı == Tara Reyd 8 noyabr 1975-ci ildə anadan olub. == Filmoqrafiya == A Return to Salem's Lot (1987) …. Amanda Saved by the Bell: The New Class (1994) (1 bölüm) …. Sandy Days of Our Lives (1995) (5 bölüm) …. Ashley California Dreams (1996) (1 bölüm) …. Sarah The Big Lebowski (1998) …. Bunny Lebowski Girl (1998) …. Cybil Touched by an Angel (1998) ….
Dəmiryol stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir. İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.
Elektrik stansiyası
Elektrik stansiyası — elektrik enerjisinin istehsalı ilə məşğul olan avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi ərazilərə malik olurlar. == Təsnifatı == Daş kömürlə işləyən elektrik stansiyası, Atom elektrik stansiyası, Torfla işləyən elektrik stansiyası, Hidroelektrik stansiyası, Gazturbinli, Ağackömürlə işləyən elektrik stansiyaları, Küləklə işləyən elektrik stansiyaları. == İşləmə prinsipi == Bütün mütərəqqi elektrik stansiyalarının işləmə prinsipi aşağıdakı kimidir: Elektrik stansiyası başlanğıc enerjinin faydalı enerjiyə çevrilməsinə xidmət edir. Onların əsas hissəsi olan güc maşını adətən turbindən, su çarxından, daxili yanma mühərrikindən və ya da külək dəyirmanın rotorundan ibarət ola bilər. Elektrik stansiyalarında bir val işçi maşınla əlaqələndirilir. Bu həmişə yanacaqdan alınmış enerjini elektrik enerjisinə çevirən generatorlar olurlar. Elektrik gücü müxtəlif yollarla əldə edilə bilir: Kinetik və potensial enerji şəklində əldə edilmiş mexaniki enerji turbinin köməyi ilə generatorun rotoruna ötürülür və orada elektrik enerjisinə çevrilir (məsələn, hidroelektrik stansiyası, külək elektrik stansiyası və s.). Termiki enerji öncə istilik maşınlarında mexaniki enerjiyə sonra isə yuxarıda olduğu kimi generatorun köməyi ilə elektrik enerjisinə çevrilir. Xüsusi qurğularda istilik enerjisini bir başa elektrik enerjisinə çevirmək mümkündür (məsələn, solar qürğülar).
Hacılı stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Hidroelektrik stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Mahmudlu stansiyası
Mahmudlu (kənd, Cəbrayıl)
Nəsimi stansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr. Dərinliyi 15-18 metr.
Qütb stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. == Arktikada yerləşən tədqiqat stansiyaları == İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Uluxanlı stansiyası
Uluxanlı stansiyası — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda vağzal. == Əhalisi == 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Xankəndi stansiyası
Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır. == Coğrafiyası == Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. == Tarixi == O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə öz mənfi təsirini göstərdi.
Xudafərin stansiyası
Xudafərin və ya Stansiya Xudafərin — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Xudafərin körpüləri və İran sərhədinə yaxın yerləşir. 1993-cü ildən 2020-ci ilin sonlarına qədər Xudafərin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. == Tarixi == Kəndin ilkin adı orada yaşayan dörd nəsildən biri olan Xudayarlı adlandırılmışdı. İkinci Dünya müharibəsi zamanı əhalinin bir hissəsi köçərək şərqdə Xələfli kəndini qurmuşdur. Kəndin qalan əhalisi Xudafərin körpüsünün yaxınlığında məskunlaşmağa başladığı üçün kənd Xudafərin adlandırılmışdır. Rusiya İmperiyası dövründə Xudayarlı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüsü bu kəndin ərazisində yerləşir.
Yevlax stansiyası
Yevlax Dəmiryol Stansiyası — Yevlax şəhərində dəmiryol stansiyası.
Dəmiryolu stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Tədqiqat stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. == Arktikada yerləşən tədqiqat stansiyaları == İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Makmurdo Stansiyası
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır == Xüsusiyyətləri == Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Gəncə Dəmiryol Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası. 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Hacılı Dəmiryol Stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Keşlə Dəmiryol Stansiyası
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Kunlun (Antarktika stansiyası)
Kunlun (çin. 崑崙站) — Çinin Antarktidada yerləşən dörd elmi-araşdırma stansiyasından biri. Stansiyanın sahəsi 236 m²-dir. Kunlun stansiyası 27 yanvar 2009-ci ildə fəaliyyətə başlamışdır. Stansiya Avstraliyanın Antarktika ərazisində 4087 metr yüksəklikdə yerləşir. Bu yer kürəsində ən soyuq yerlərdən biridir. İqlimi Antarktik kontinentaldır. Nadir hallarda temperatur -10 °C yuxarı qalxır. Qeydə alınan minimal temperatur −80 °C-dir. Yağıntınln miqdarı olduqca azdır.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Mirnı (Antarktika stansiyası)
Mirnı stansiyası — SSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı» gəmisinin şərəfinə adlandırılmışdır. == Tarix == 5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir. Burada 21 bina və hava limanı inşa edilir. Stansiya 13 fevral 1956-cı ildə açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur. == Xüsusiyyətləri == İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı.