Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir.
Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.