Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «Ö» – 177

ÖDÜ AĞZINA GƏLMƏK

iyrənmək; ~ ürəyi bulanmaq, ürəyi ağzına gəlmək.

ÖDÜ PARTLAMAQ

çox qorxmaq; qorxudan, həyəcandan ölmək.

ÖDÜNÜ UDMAQ

bax: sarısını udmaq.

ÖFKƏYƏ DÖNMƏK

rəngi ağarmaq, qorxudan, həyəcandan və s.-dən rəngi saralmaq, sapsarı olmaq; ~ rəngi qaçmaq, rəngi-r
подробнее

ÖGEY-DOĞMALIQ SALMAQ

eyni şeyə fərqli münasibət göstərmək, fərq qoymaq.

ÖHDƏSİNDƏ QALMAQ

məsuliyyəti üstündə olmaq; ~ boynunda qalmaq.

ÖHDƏSİNDƏN GƏLMƏK

bir işi yerinə yetirməyə gücü, imkanı çatmaq, edə bilmək, bacarmaq; ~ gücü çatmaq, baş açmaq.

ÖHDƏSİNƏ ALMAQ (GÖTÜRMƏK)

hər hansı bir işi görəcəyinə söz vermək, əmin etmək, razı olmaq; ~ boyun olmaq.

ÖHDƏSİNƏ ATMAQ (BURAXMAQ)

hansısa işi birinin boynuna qoymaq, tapşırmaq, həvalə etmək.

ÖHDƏSİNƏ DÜŞMƏK

yerinə yetirmək məcburiyyətində qalmaq; ~ boynuna düşmək, çiyninə düşmək, üzərinə düşmək.

ÖKÜZ ÖLDÜ, ORTAQ AYRILDI

adәtən, bir şәxs ölәndәn sonra onun qohumları arasında soyuqluq yarandıqda, get-gәl kәsildikdә işləd
подробнее

ÖKÜZDƏN SÜD UMMAQ

mümkün olmayan bir şeyi arzulamaq; ~ ölüdən hay gözləmək, olmayacaq duaya amin demək.

ÖKÜZÜ QALDIRIB ALTINDA BUZOV AXTARMAQ

bax: öküzdən süd ummaq.

ÖKÜZÜ QUYRUQLAYIB YIXAN VAXTIDI

çox gənc, enerjili və güclü adam haqqında işlədilən ifadə.

ÖKÜZÜ ÖLDÜRÜB ADI ÜSTÜNDƏN GÖTÜRMƏK

hər hansı səhvini düzəltməyə, günahını yumağa cəhd etmək, guya adını təmizə çıxartmaq üçün uğursuz a
подробнее

ÖKÜZÜ SOYUB QUYRUĞUNDA BIÇAĞI SINDIRMAQ

bax: soyub-soyub quyruğunda bıçağı sındırmaq.

ÖKÜZÜN BÖYÜYÜ PƏYƏDƏ İMİŞ

çətinliyin bitmədiyini, qarşıda daha ağır işlərin olduğunu anlatmaq üçün işlədilən ifadə.

ÖL DEDİYİ YERDƏ ÖLMƏK

bax: öl deyəndə ölmək, qal deyəndə qalmaq.

ÖL DEYƏNDƏ ÖLMƏK, QAL DEYƏNDƏ QALMAQ

üzüyola olmaq, sözündən çıxmamaq, tapşırılan bir işi can-başla yerinə yetirmək; ~ bir sözünü iki elə
подробнее

ÖLÇÜ-BİÇİ BİLMƏMƏK

nə dediyini və nə etdiyini bilməmək, azğınlaşmaq, qudurmaq; ~ həddini aşmaq, cızığından çıxmaq.