GETMƏK

1. GETMƏK [Kərim baba:] Tüfəngimi götürüb getdim (A.Şaiq); AZİM OLMAQ (kl.əd.) Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfüləşrəf şəhərinə azim olacaq (C.Məmmədquluzadə); ÇIXMAQ Azər şəhərə çıxdı (Ə.Kərim); DABAN ALMAQ (fr.v.) Qəndab: Ancaq ayaqlarım getmir, qəhər məni boğurdu. Ayrı əlac yox idi. Asta-asta daban aldım (B.Bayramov); DƏYMƏK (məc., dan.) Həmid: Mehmanxanada yerimi öyrənib əvvəlcə limana dəyəcəkdim (H.Abbaszadə); İRƏLİLƏMƏK Və bir-birinin ardınca düzülmüş dörd maşın qaranlıqda ağır-ağır irəliləyirdi (İ.Əfəndiyev); İTİLMƏK (dan.) Əbdürrəhman bəy: A gedə, Əbdürrəhim, sən atayın goru tez bir çubuq ver, durum itilim buradan (N.Vəzirov); RƏDD OLMAQ (dan., vulq.) Əl çək yaxamızdan, itil, idbar dilənçi! Rədd ol qapımdan, ağlama zar-zar dilənçi! (M.Ə.Sabir); TƏRPƏNMƏK Nərgiz: Tez ol ata, deyəsən anagilin dəstəsi tərpənir.. (Ə.Məmmədxanlı); ÜZ QOYMAQ Onlar yolun ortası ilə məhkəmə binasına sarı üz qoydular (H.Abbaszadə); VARMAQ Odur ki, bu ayrılıq çağında mən varıram; Atamın daxmasına tək səni aparıram (M.Rahim); YERİŞ ETMƏK Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi (N.Nərimanov); YOL ALMAQ Səhər tezdən biz Sabir sovxozuna yol aldıq (İ.Əfəndiyev); YOL BAŞLAMAQ Səba xanım Əfıfəyə mehribancasına bir razılıq verdi; əlindən tutub yelkənə çıxardı və şəhərin qərb tərəfinə yol başladılar (M.S.Ordubadi); YOL ETMƏK (ELƏMƏK) İlyas qəmli bir halda qəbrin üzərindən qalxdı, qəbiristandan çıxıb Xanəgah kəndinə doğru yol elədi (M.S.Ordubadi); YOLA DÜŞMƏK ...Alo yola düşdü (S.Rəhimov); YOLA DÜZƏLMƏK Ayazlı, şaxtalı bir qış axşamı; Yeddi yoldaş olub, yola düzəldik (S.Vurğun); YOLA RƏVAN OLMAQ Şeylər furqona qoyulduqdan sonra rəfiqəm əlvida edərək furqona mindi və “sümsükut” orucunu tutub yola rəvan oldu (S.S.Axundov); YOLLANMAQ Zəhra çadrasız qapıdan çıxıb hara isə yollandı (M.İbrahimov); YÖNƏLMƏK Qəmər ..qıvrılıb açılan cığır ilə kəndə yönəldi (S.Rəhimov).

2. getmək bax yerimək

3. getmək bax ölmək

GERÇƏKLİK
GEYİM

Значение слова в других словарях

изныва́ние костя́к полуобнажённый раба́т тримара́н фарфо́ро-фая́нсовый эйфори́ческий кум королю намы́вка подхвати́ться шурова́ть теменная escarp heft marsupials multidimensionality multiple aim point system opinionated poliphagia protococci ложбина марлевый обшаркиваться спортивный топорщиться