Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yengəc mentaliteti
Yengəc mentaliteti özünü hər kəsdən üstün tutmaq, eqoizm və heç bir kəsin irəliləməsinə imkan verməməklə əlaqəli düşüncə tərzidir. Bu metafor səbətdəki yengəcləri nəzərdə tutaraq işlədilir. Əslində yengəclərin hər biri səbətdən bir-bir asanlıqla azad ola bilər, lakin əvəzində onlar bir-birlərini aşağı dartaraq heç birinin səbətdən azad olmasına imkan vermirlər və bu da onların kütləvi ölümünə gətirib çıxarır.
Eçizen Yengəc Muzeyi
Eçizen Yengəc Muzeyi (越前がにミュージアム, Eçizen-qani Myuciamu) – Yaponiyanın Fukui prefekturasının Eçizen qəsəbəsində yerləşən muzey. Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir. == Tarixi == Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Eçizen yengəclərinə həsr olunmuş bu muzey 15 iyul 2000-ci ildə açılmışdır. Fəaliyyətinin ilk ilində 125.000 ziyarətçi, ilk 15 ilində isə 584.000 ziyarətçi qəbul etmişdir. 2015-ci ilin sentyabrında muzey birinci mərtəbədəki yenidənqurma işləri səbəbilə bağlanmış, 15 iyul 2016-cı ildə yenidən açılmışdır. Yenidənqurma işləri üçün 392 milyon yen xərclənmişdir. == Xüsusiyyətlər == Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir. Muzeydə yerləşən yengəc ovu simulyasiyasında ziyarətçilər virtual yengəc ovu ilə məşğul ola bilirlər. "Böyük sevgi teatrı"ndakı 3x10 metr ölçüsündə olan ekranda yengəclərin ekologiyası və yengəc ovundan bəhs edən videomateriallar nümayiş etdirilir.
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Yapon hörümçək yengəci
Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50–300 metr dərinlikdə yayılmışdır. Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. Erkəklərin gövdəsi dişilərdən daha böyük, ayaqları daha uzundur. 150–800 metr dərinlikdə yaşasalarda, adətən 200–300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.
Yengəclər
Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi. Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ vardır. Archaeobrachyura Guinot, 1977 Brachyura Latreille, 1802 Brachyrhyncha Borradaile, 1907 Cancridea Latreille, 1803 Dromiacea De Haan, 1833 Oxyrhyncha Latreille, 1803 Oxystomata H. Milne Edwards, 1834 Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
Yengəcyeyən
Yengəcyeyən (lat. Lobodon carcinophagus) — Antarktida suitiləri arasında yengəcyeyən suitilər cinsinə (Lobodon) aid növ. Dünyada yeganə suiti növüdür ki, sayları 7–40 milyon baş qiymətləndirilirdi. Hazırda isə onların sayının 14 milyonu keçmədiyi bildirilir. Dünyada insandan və ev heyvanlarından sonra sayına görə ikinci məməli hesab edilir. Onların sayı dünyada olan bütün suitilərin sayından çoxdur. Adlanmasına gəldikdə bu onların hecdə yengəclə qidalanması ilə əlaqədar deyil. Onlar hecdə yengəc yemirlər, əsasən krillə qidalanırlar. Yetkin fərdin uzunluğu 2,2–2,6 m, çəkisi isə 200–300 kq arası dəyişir. Dişilər erkəklərə nisbətən iri olurlar.
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Yenkəc
Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi. Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ vardır. Archaeobrachyura Guinot, 1977 Brachyura Latreille, 1802 Brachyrhyncha Borradaile, 1907 Cancridea Latreille, 1803 Dromiacea De Haan, 1833 Oxyrhyncha Latreille, 1803 Oxystomata H. Milne Edwards, 1834 Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
Yəngel (Əbyəlil)
Yəngel kəndi (başq. Йәнгел) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Yəngel kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askar): 37 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 44 km. Maqnitaqorsk:40 km; Beloresk: 123 km. Совет муниципальных образований Республики Башкортостан.
Yengicə
Yengicə (Qəbələ) — Qəbələ rayonunda kənd. Yengicə (Şərur) — Şərur rayonunda kənd. Sırt Yengicə — Qəbələ rayonunda kənd. Yengicə (Dərələyəz) — Keşişkənd rayonunda kənd. Yengicə (Vedi) — Vedi rayonunda kənd. Yengicə (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Yengicə (Azərşəhr) — Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında kənd Yengicə (Barıq) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd Yengicə (Bukan) — Yengicə (Əcəbşir) — Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanında kənd Yengicə (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanında kənd Yengicə (Sayınqala) Yengicə (Sumay-i Şimali dehistanı) Yengicə (Vərzəqan) — Şərqi Azərbaycan ostanının Vərzəqan şəhristanında kənd Yengicə-i Sadat (Mərənd) Yengicə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Yenicə
Yenicə (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Yenicə (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Yergüc
Yergüclülər — Azərbaycanın milli etnik nümayəndələri. Yergüc dili — Yergüclülərin danışdığı dil. Yergüc (Quba) — Azərbaycanın Quba rayonuda kənd. Yergüc (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonuda kənd.
Tengə
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Yengicə (Azərşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.190 nəfər yaşayır (599 ailə).
Yengicə (Barıq)
Yengicə (fars. ینگجه‎) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd. 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (43 ailə). Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Yengicə (Bostanabad)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (78 ailə).
Yengicə (Bukan)
Yengicə (fars. ينگي كند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (73 ailə).
Yengicə (Dərələyəz)
Yengicə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1964-cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur. Rayondakı Qnişik kəndindən 3–4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII–IX əsrdə mövcud olduğu göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yenicə kimi, Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında qeyd edilmişdir. 1946-cı ildə kənd Qanzak adlandırılmışdır. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. İlk dəfə 1728-ci ildə adı çəkilir. Keçmişdə Yengicə (türk dillərində yengitəzə, yeni) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəsilin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulurdu.Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi. Relyef əsasında yaranan toponimdir.
Yengicə (Heris)
Yengicə (fars. ينگجه‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedustan dehestanında yerləşən kənd. 11 avqust 2012-ci il tarixinin zəlzələdən ziyan görmüş kəndlərdəndir. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (31 ailə).
Yengicə (Həştrud)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 311 nəfər yaşayır (79 ailə).
Yengicə (Marağa)
Yengicə (fars. ‎‎‎ينگجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,460 nəfər yaşayır (350 ailə).
Yengicə (Meşkinşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (41 ailə).
Yengicə (Miyanə)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 334 nəfər yaşayır (73 ailə).
Yengicə (Nəmin)
Yengicə (fars. ينگجه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (6 ailə).
Yengicə (Qəbələ)
Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yenicə və Yengicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə (əsasən torpaq çatışmamazlığına görə) əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd" mənasındadır. Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 520 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və meyvəçilik təşkil edir. Kəndin ərazisində 22 sentyabr 2014-cü ildə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi istifadəyə verilmişdir. Ərazidə əvəzsiz müalicəvi su olduğundan "Yengicə isti su sağlamlıq və istirahət kompleksi" istifadəyə verilib.
Yengicə (Salmas)
Yengicə (fars. ينگجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (107 ailə).
Yengicə (Sayınqala)
Yengicə (fars. ‎ينگجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (59 ailə).
Cəngəl
Cəngəl— İranın Rəzəvi Xorasan ostanının Roştxar şəhristanının Cəngəl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,232 nəfər və 1,384 ailədən ibarət idi.Cəngəl, fars dilində meşə anlamındadır.
Engeco
Şimpanze (lat. Pan) — Primatlar dəstəsinin Hominidlər fəsiləsinə aid insanabənzər meymun cinsi. Bu cinsin iki növü yaşayır, adi şimpanze (Pan troglodytes) və cırtdan şimpanze, bonobo (Pan paniscus).
Məngən
Məngən (türk. Mengen) — Bolu ilinin ilçəsi.
Səngək
Səngək — çörək növü. Şimali Azərbaycanda səngək əvvəllər geniş şəkildə yayılmışdı, amma 1920-ci ildə Sovet işğalından sonra azalıb.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Xəngəl
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Şengen
Şengen - Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42 km2 təşkil etmişdir. Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir. Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir. Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar.
Denqbec
Denqbec (kürd. Dengbêj) — kürd musiqi janrı və ya onu ifa edən müğənni. Denqbeclər nəğməli hekayəçilərdir. Tarix boyu denqbecləri təsvir etmək üçün çoxlu terminlər olmuşdur, lakin bu gün denqbec ən çox işlənəndir. Denqbeclər yazılı tarixşünaslığa maneələr olduğuna görə kürd tarixi və adət-ənənələrini kürdcə çatdırılma yolu kimi qəbul edilir. Kürd tarixində baş tutmuş müəyyən hadisələr ilə bağlı çoxlu sənədlər olmadığına görə onları denqbeclərin mahnıları vasitəsilə təhlil etmək cəhdləri var. Onlar ürd coğrafiyası, tarixi, son hadisələr haqqında, eyni zamanda layla və sevgi mahnıları da oxuyurlar.
Senec
Senec — Misirin ikinci sülaləsi dövründə 20 il hakimiyyətdə olan firon.
Senqe
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Tenge
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Yeger
Yeger (alm. Jäger‎ – hərf. ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.